“Oyunun əvvəlində azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu”
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1-ci liqanın 21-ci turu çərçivəsində keçirilən “Zaqatala” – “Baku Sportinq” oyunu qonaqların acınacaqlı məğlubiyyəti ilə bitdi – 1:6.
Artıq 17-ci dəqiqədə Buzovna təmsilçisinin qapıçısı Cəfər Əlizadə birbaşa qırmızı vərəqə almaqla komandasını çətin duruma saldı. Düzdü, qonaqlar 40-cı dəqiqədə özündə hesabı bərabərləşdirmək üçün güc tapdı. Ancaq bundan sonra “kötəkləmə” başladı.
Ötən tur da evdə “Qəbələ”yə 0:5 uduzan “Baku Sportinq” ardıcıl iki oyunda darmadağın oldu. Komandanın baş məşqçisi Elman Sultanovun son darmadağınlarla bağlı fikrini öyrəndik:
“Təəssüf ki, oyunda bəzi qırılma nötələri oldu. Qapıçımıza həmin epizodda qırmızı vərəqə verilməməliydi. Oyunun əvvəlində azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu. On nəfərlə qalsaq da, evdə çox yaxşı oyun gösətərən “Zaqatala”ya qol vura bildik. Hər iki hissənin əvvəlində qol buraxdıq. Oyunun gedişində cərimə meydançasında top rəqibin əlinə dəysə də, penaltimiz verilmədi. Deyərdim ki, qırmızı vərəqə oyunun taleyini həll etdi. “Qəbələ”yə də böyük hesabla məğlub olduq. Hər iki rəqib çox yaxşı oyun göstərirdi. “Qəbələ” ilə oyunda ardıcıl iki qol buraxmaq bizə yaxşı təsir etmədi. Həmin oyunun 79-cu dəqiqəsinə qədər hesab 0:2 idi. 3-cü qolu buraxmağımız psixoloji cəhətdən oyunçularımı ruhdan saldı”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Aprel 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















