Icma.az
close
up
RU
Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana hərbi əsir təzyiqi

Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana hərbi əsir təzyiqi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı nifrət və qərəzini nümayiş etdirdi. Qurum ötən gün qəbul etdiyi kağız parçası ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirmiş olub.

Erməni lobbisinin Azərbaycanla bağlı qətnaməsi 523 səslə qəbul edilib, üç deputat sənədin əleyhinə səs verib, 84 nəfər bitərəf qalıb. Sənəddə Azərbaycanda Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin dərhal azad olunması tələb edilib.

Erməni lobbisinin dünyaboyu başlatdığı kampaniyadan geri qalmaq istəməyən avroparlamentarilər ilk dəfə deyil ki belə riyakarlığa yol verirlər. Avroparlamentarilər 30 il ərzində Azərbaycanın tarixi-mədəniyyət abidələrinin dağıdılmasına, torpaqların işğal altında talan edilməsinə, Xocalı soyqırımı və s. məsələlərə laqeyd və biganə yanaşıblar.

Əvvəla, həbs olunan ermənilər Azərbaycana qarşı cinayət törətdiklərinə görə həbs ediliblər, onlar cinayətkardırlar. Yəni Azərbaycanda hərbi əsir yoxdur.

Erməni lobbisindən yemlənən avroparlamentarilərin riyakarlığı o həddə çatıb ki, məhkəmə prosesi gedə-gedə Azərbaycana qarşı qətnamə qəbul edirlər. Nə məhkəmə prosesində adları keçən şəxslərin ifadələri nəzərə alınır, nə onlara yaradılan şəraitdən bəhs edilir, bir sözlə, məhkəmənin nəticəsi gözlənilmir. Bu isə onların Azərbaycana təzyiq etdiyinin göstəricisi hesab edilə bilər.

Bu faktlardan bir neçəsinə nəzər salaq. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Kamo Eduardoviç Ayrapetyan şahid qismində ifadə verərkən deyib ki, onun maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında iki, Əsgəranda isə bir ədəd olmaqla, ümumilikdə üç hərbi anbar yaradılıb. Əlavə edib ki, Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

Digər təqsirləndirilən şəxs Arkadi Qukasyan qanunsuz hərəkətləri qınadığını vurğulayaraq bildirib:

"Mənim fikrimcə, qadını, uşağı və ya ahıl insanı öldürən şəxs insan deyil. Söhbət onun milliyyətindən getmir". O, Qarabağda məktəbdə rus dilində oxuduğunu, lakin erməni məktəblərinin Azərbaycan və rusdilli məktəblərdən sayca daha çox olduğunu deyib. Qukasyan etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb.

Göründüyü kimi, avroparlamentarilər nəinki məhkəmə qətnaməsini gözləmir, prosesdə ifadə verən şahidlərin etiraflarına da diqqət yetirmirlər. Onların Avropa daxilində problemləri həll etmək əvəzinə, digər ölkələrin daxili işlərinə qarışmaları artıq adət halını alıb. Halbuki təşkilatın özünün daxilində korrupsiya və rüşvət qalmaqalları ara vermir.

Dünyanın bir çox ölkələrində baş verən hadisələrlə bağlı qərəzli qətnamələr qəbul edən, başqalarına "demokratiya" dərsi verən avropalı parlamentarilərin böyük texnologiya şirkətindən rüşvət alması ilə bağlı saysız-hesabsız materiallardan ən sonuncunu təqdim etməyi borc bildik. Həmin materialda bildirilib ki, Belçikanın hüquq-mühafizə orqanları texnologiya nəhəngi "Huawei" şirkətinin Avropadakı lobbiçilik fəaliyyətinə dair spiral rüşvət istintaqının bir hissəsi olaraq martın 13-də Avropa Parlamentində 20-dən çox ünvana reyd keçirib və iki ofisi möhürləyib. Məqalədə diqqətə çatdırılır:

"Belçika Prokurorluğunun sözçüsü deyib ki, hazırda Avropa Parlamentində aktiv korrupsiya, sənədlərin saxtalaşdırılması, çirkli pulların yuyulması ilə bağlı ilkin ittihamlar üzrə təhqiqat aparılır. Polis Brüssel, Flandriya, Valloniya və Portuqaliyada 21 ünvana reyd keçirib və bir neçə nəfər həbs edilib".

Nüfuzlu "Politico" nəşri yazır ki artıq 2022-ci ilin dekabrında Avropa Parlamenti, xüsusən də vasitəçi təşkilatlar vasitəsilə rüşvət və hədiyyələr yolu ilə korrupsiyaya bulaşan avropalı deputatlar "Qatarqeyt" qalmaqalında Aİ qərarlarının qəbuluna xarici dövlətlərin təsiri ilə bağlı ciddi araşdırmalarla üzləşiblər.

Qəzet əlavə edir ki, cümə axşamı Avropa Parlamentindəki iki ofis polis tərəfindən möhürlənib. Onlardan biri uzun müddət rəsmi vəzifədə çalışan və yeni seçilmiş Avropa Parlamentinin deputatı Nikola Minçevin indiki köməkçisi Adam Muçtara məxsusdur. Bu şəxs, eyni zamanda, "EU40" adlı qrupun həmtəsisçisi idi və onun prezidenti Yunan siyasətçisi Eva Kayli "Qatarqeyt" korrupsiya araşdırmasında əsas fiqur olub. Deputat qəzetə verdiyi açıqlamada ofisinin möhürləndiyini təsdiqləyib, lakin hər hansı bir qanun pozuntusu olduğunu inkar edib.

Parlamentin ictimai səhifələrinə və qurumda işləyən üç nəfərin bildirdiyinə görə, digər möhürlənmiş ofis uzun müddətdir Avropa Parlamentinin deputatı Fulvio Martusçiello və onun partiya üzrə həmkarı Marko Falkonenin köməkçilərinə aiddir. Köməkçilərdən və deputatlardan hansının istintaqa cəlb olunacağı hələ bəlli deyil. Hər iki deputat istintaqın mərkəzində olduqları barədə iddiaları şərh etməkdən imtina edib.

Yeni qalmaqal Avropa Parlamentinin nüfuzu üçün məhvedici ola bilər. Bu, Qətər rüşvət qalmaqalından ("Qatarqeyt") sonra tətbiq edilən etika və şəffaflıq qaydalarının sərtləşdirilməsi fonunda baş verir. Avropa Parlamentinin korrupsiya şəbəkəsinə cəlb olunmuş deputatları 2022-ci ildə Avropa İttifaqının qərarlarına təsir etmək müqabilində Körfəz ölkələrindən nağd pul, hədiyyə və xidmətlər qəbul ediblər. Maraqlı və təəccüb doğuran hal ondan ibarətdir ki, Avropa Parlamentində korrupsiya və rüşvət qalmaqalları barədə dəfələrlə yazılsa da, hesabatlar dərc edilsə də, beynəlxalq aləm buna səssiz qalır. Erməni lobbisindən yemlənən deputatlar isə bundan istifadə edərək öz cinayətkar əməllərini davam etdirirlər.

Şübhəsiz ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzuna xələl gətirmək və ölkəmizə qarşı növbəti dəfə təzyiq nümayiş etdirmək cəhdidir. Hər zaman Azərbaycana qarşı qərəzli mahiyyəti ilə seçilib. Bu da onlardan biridir. İlk növbədə, Azərbaycana qarşı belə bir yanlış münasibətin sərgilənməsi erməni diasporunun və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatlarının uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyəti ilə əlaqələndirilməlidir.

Əvvəlkilər kimi, budəfəki qətnamə də kağız parçasıdır və heç bir hüquqi qüvvəsi yoxdur.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Mart 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri