Icma.az
close
up
RU
Öz əsgərlərini “sıfırlayan” rus zabitləri 10 mindən artıq cinayət işi açılıb

Öz əsgərlərini “sıfırlayan” rus zabitləri 10 mindən artıq cinayət işi açılıb

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Tammiqyaslı müharibənin ilk ilindən bəri Ukraynadakı rus əsgərləri öz komandirləri tərəfindən işgəncələrə məruz qalıb və edam ediliblər.

“AzPolitika” xəbər verir ki, “Verstka” nəşrinin yazdığına görə, əvvəlcə əsgərlər “top əti hücumları”ndan imtina etdiklərinə və ya səngərdə sərxoş olduqlarına görə "sıfırlana" bilərdilərsə, sonradan daha çox komandirlərə haqq ödəməkdən imtina etdiklərinə və ya onlarla şəxsi düşmənçilik etdiklərinə görə qətl ediliblər.

Nəşr rus əsgərlərinin qətlləri ilə bağlı yüzlərlə ifadə toplayıb və tabeçiliyində olanları “sıfırlamaqda” ittiham olunan 101 zabitin adını müəyyən edib. Bu zabitlərin demək olar ki, hamısı tağım və batalyon komandirləri, bəzi hallarda isə hətta diviziya komandirləridir. Onların orta yaşı 40-dan bir qədər çoxdur.

Əsgərlərini “sıfırlayanlar”ın çoxunun dövlət mükafatları var, o cümlədən onlardan beşi Rusiya Qəhrəmanıdır. Bu komandirlərin qurbanlarının dəqiq sayını müəyyən etmək çətindir, çünki bəzi hallarda əsgərlər birbaşa qətl edilməyiblər, əvəzində geri dönüşü olmayan “top əti hücumları”na göndəriliblər. Belə hücumlardan əvvəl bir çox zabitlər əsgərlərin bank kartlarını əlindən alıb və onlardan "qohumları üçün" PIN kodlarını təqdim etmələrini tələb ediblər. Həlak olmuş əsgərlər tez-tez döyüşdə itkin düşmüş və ya hətta bölmələrini icazəsiz tərk etmiş kimi qeyd olunurlar. Bu hallarda cəsədlər ya meşədə basdırılır, ya da komandirlərin əmri ilə pulemyot atəşi ilə vurulduqdan sonra döyüş meydanına atılır ki, onları döyüşdə öldürülmüş kimi göstərsinlər.

Müharibənin əvvəlindən bəri Baş Hərbi Prokurorluq hərbi qulluqçulara qarşı bu cür cinayətlərlə bağlı 12 mindən çox şikayət alıb. Onların sayı 2023-cü ilin ikinci yarısından daha çox artmağa başlayıb. Lakin bu müraciətlərin böyük əksəriyyəti cavabsız qalıb, çünki Baş Hərbi Prokurorluğun səhra komandirlərinə qarşı şikayətlərə baxılmasına açıq şəkildə qadağa qoyulur. Cinayət işləri yalnız ən ağır və aşkar hallarda açılır.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri