Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Öz kəndimdə müəllim kimi çalışmaq ən böyük arzum idi” Xədicə Babayeva

Öz kəndimdə müəllim kimi çalışmaq ən böyük arzum idi” Xədicə Babayeva

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əbəs yerə deməyiblər ki, ən bahalı xəzinə zamandır. O zaman ki, biz bu dünyaya gələndən bizimlə birlikdə axar su kimi axıb gedir. Nə uşaqlığımıza, nə gəncliyimizə, nə də qocalığımıza güzəşt edir. Bircə saniyə olsa belə, yaşadığımız an geri qayıtmır, ya da bir qədər asta sürətlə keçmir. Elə həmişə eyni temp, eyni axışla davam edir. Biz isə bir gün sadəcə yaşadıqlarımızı yaddaş lenti kimi irəli, geri çəkib ötüb keçən xatirələrimizə boylanırıq. Bəli, yalnız əlimiz çatmayan o uşaqlığımıza, gəncliyimizə sadəcə boylanırıq. Çünki keçmişdə qalanlara nə əllə toxunmaq olur, nə də yetişib yaxınlaşmaq. Onlar ancaq xatirələrdə əbədiləşir, yaddaşımızda yaşayır. Bu gün həmsöhbət olduğum Xədicə Babayeva da ötüb keçən gəncliyini, gözəl enerji dolu günlərini işıqlı sinif otağında keçirənlərdəndir. Müəllim ömrü yaşamaq bəlkə alın yazısı, tale qisməti idi. Amma o, bu yazıdan heç vaxt gileylənmədi, əksinə, hər gün daha böyük həvəslə öz iş yerinə tələsdi, qurdu, yaratdı.

- Uşaqlığım Pirşağıda keçib. Ona görə də öz kəndimdə müəllim kimi çalışmaq ən böyük arzum idi. Elə Xarici Dillər Universitetini bitirib məzun olanda da özümü başqa yerdə təsəvvür etmirdim...

Atalar yaxşı deyib, qismətin hara, mənzilində ora. İllər sonra Pirşağıya dönən tale yolu, onu qəsəbənin məktəbinə müəllim kimi gətirdi. Və elə bu məktəb də onu ucaldıb, hörmət, nüfuz sahibi kimi tanıtdı. İndi onun saysız-hesabsız yetirmələri var. Bir vaxtlar rəhbərlik etdiyi məktəb isə ona doğmadan da doğma əzizdir. İndi pedaqoji sahəyə həsr olunan ömrün ilk illəri xatirələrində canlanır.

- Təyinatımı Ucar rayonunun Alpı, Quləbənd məktəblərinə vermişdilər. Mən 4 il həmin məktəblərdə işlədim. Şagirdlər təhsilə, elm öyrənməyə böyük həvəs göstərirdilər. Dərslərimə maraqla qatılırdılar. Hətta dərs vaxtını səbirsizliklə gözləyirdilər. Hər il həmin kənddən onlarla məzun universitetlərə qəbul olurdu. Sonralar, məktəbdən ayrıldım. Bir müddət Azərbaycan Milli Bankında xarici valyuta şöbəsində ekspert kimi çalışdım. Amma müəllimliyə olan həvəsim məni bir an tərk etmədi. Ürəyim məktəbdə uşaqların yanında qalmışdı. Hiss edirdim ki, özümü məhz pedaqoji sahədə tapmışam...

Nəhayət, Xədicə Babayeva yenidən sinif otağına şagirdlərin əhatəsinə qayıdır. Amma bu dəfə arzuladığı yerə - Pirşağı qəsəbəsindəki 112 saylı məktəbə müəllim kimi dönür. Əlinə jurnal alıb, arzusunda olduğu, darıxdığı sinif otağına, şagirdlərin qarşısına tələsir.

Vaxtilə 112 saylı məktəbdən məzun olduğum üçün onun məktəbimizə gəlişini və ingilis dili fənninin tədrisini yaxşı xatırlayıram. 1993-cü il idi. Bir gün məktəbdə söz-söhbət yayıldı ki, ingilis dili fənninin tədrisinə başlanılacaq. Burada əvvəldən xarici dil kimi fransız dili fənni tədris olunurdu. İngilis dili fənni üzrə isə bircə sinif də yox idi. Elə buna görə də siniflər xarici dil fənnində iki hissəyə bölünürdü. Fransız dilini seçən şagirdlər fransız dili dərsini, ingilis dilinə marağı olan şagirdlər isə ingilis dili dərsini dinləyirdi. Belə bir çətin dövr də keçib getdi. Bir müddətdən sonra o vaxtkı Rayon Təhsil Şöbəsinin qərarı ilə məktəbdə xarici dil fənni kimi ingilis dili tədris olunmağa başladı. 1995-ci ildən Xədicə Babayeva həmin məktəbin tədris işləri üzrə direktor müavini, 2011-ci ildən isə təhsil ocağının rəhbəri kimi fəaliyyətini davam etdirdi. Bu illər ərzində nəinki o rayon səviyyəsində məktəbin göstəricilərini yüksəltdi, həm də şagird və müəllim kollektivinin qəlbinə yol tapdı, özünü böyükdən-kiçiyə hər kəsə sevdirdi.

Elə bir vaxtlar şagirdi olmuş, sonralar isə onunla çiyin-çiyinə çalışmış Kübra Xəlilova da müəlliminin əziyyətini yüksək qiymətləndirir:

- Əvvəllər məktəbimizdə fransız dili tədris olunurdu. Sonra isə xarici dil kimi ingilis dili öyrədilməyə başladı. Onu da deyim ki, o vaxtlar fransız dilinə elə də marağım yox idi. Amma ingilis dilini Xədicə müəllimin metodikası ilə çox sevdim. O vaxtdan başlayaraq, xarici dil fənnindən qiymətlərim düzəldi. Sonralar mən onun rəhbərlik etdiyi pedaqoji kollektivdə çalışdım. Xədicə müəllim gənc müəllim kimi hər zaman mənim ən yaxın yol göstərənim, dayağım oldu. Biz uzun illər birlikdə çalışdıq...

112 saylı tam orta məktəb onun fəaliyyəti dövründə çiçəkləndi.  Məhz bu illərdə məktəbin qəbul göstəriciləri artdı, qızıl medal alan məzunları gənclərdə təhsilə inamı gücləndirdi. Fəaliyyəti dövründə məktəb həyatının canlı, unudulmaz olması üçün əlindən gələni əsirgəmədi. Xədicə xanımın şagirdləri dəfələrlə rayon, respublika səviyyəsində keçirilən tədbirlərdə kuboklar, medallar qazandılar.

Onunla birlikdə çalışmış məktəbin müəllimi İlahə Abdullazadə də həmkarının fəaliyyətini yüksək dəyərləndirir:

- Xədicə Babayeva təhsil sistemində uzun illər səmərəli fəaliyyət göstərmiş, yüksək idarəetmə bacarığına malik peşəkar pedaqoq və rəhbər kimi tanınmışdır. O, məktəb direktoru vəzifəsində çalışdığı dövrdə strateji düşüncə və məsuliyyətli yanaşması ilə seçilib. Məktəbimizə rəhbərlik etdiyi illərdə tədris prosesinin təşkili, nizam-intizamın qorunması və pedaqoji mühitin sağlamlaşdırılması fəaliyyətinin prioritet istiqamətlərindən olmuşdur. Xədicə xanım idarəetmədə şəffaflıq və ədalət prinsiplərini həmişə əsas götürüb. Müəllim heyətinin peşəkar inkişafına xüsusi önəm verib, təşəbbüsləri daim dəstəkləyib. Şagird nailiyyətlərinin yüksəldilməsi onun fəaliyyətində əsas göstərici kimi qiymətləndirilib. O, qərarlarını pedaqoji təcrübə və normativ tələblər əsasında qəbul edib. Direktor kimi həm təşkilatçılıq, həm də insanlarla düzgün ünsiyyət qurmaq bacarığı nümayiş etdirib. Kollektiv arasında nüfuz qazanaraq etibarlı rəhbər imici formalaşdırıb.

Məktəbdən ayrılmasına baxmayaraq, Xədicə xanım Babayeva təhsil sahəsində peşəkarlığı ilə seçilən, hörmətlə xatırlanan direktor kimi tanınır. O, təkcə idarəetmə ilə kifayətlənməmişdir. Çoxillik pedaqoji təcrübəsi ona bu sahənin çatışmazlıqlarını, uğurlarını mütəmadi qələmə almağa, geniş oxucu kütləsinə çatdırmağa şərait yaratmışdır. Onun 50-dən artıq elmi-pedaqoji məqaləsi və məktəbin müəllimi Sərxan Şahverdiyevlə həmmüəllif olduğu "Zəfər tariximiz" adlı kitabı işıq üzü görmüşdür.

 Xədicə müəllim hər zaman gənclərə öz dəstəyini əsirgəməyib. Bir vaxtlar fəaliyyətini təqdir etdiyi gənc müəllim Sərxan Şahverdiyev də bu gün onun haqqında sevə-sevə söz açır:

- İnsanın həyat yolunda elə müəllimlər olur ki, onların təsiri yalnız məktəb illəri ilə məhdudlaşmır. Onlar zamanla düşüncəmizə, duruşumuza, hətta gələcəkdə necə bir insan və peşəkar olacağımıza yön verir. Xədicə müəllim mənim üçün məhz belə dəyərli simalardandır. Bir vaxtlar onun şagirdi olmuşam. O illərdə Xədicə müəllim bizə təkcə fənn biliklərini deyil, eyni zamanda məsuliyyətli olmağı, ədalətli davranmağı, müəllim adının daşıdığı mənəvi yükü dərk etməyi öyrədirdi. Onun dərslərində sözlə davranış arasında həmişə bir ahəng vardı.

Zaman keçdi və həyat elə gətirdi ki, Xədicə müəllim sonradan mənim direktorum oldu. Mən onu yalnız müəllim kimi deyil, güclü bir rəhbər, çevik düşünən və düzgün qərar verməyi bacaran bir idarəçi kimi tanıdım. Etiraf etməliyəm ki, bu gün idarəetmə sahəsində qazandığım bir çox bacarıqların təməlində məhz Xədicə müəllimin yanaşması dayanır. İnsanları dinləməyi, məsuliyyəti bölüşdürməyi, amma nəzarəti əldən verməməyi, prinsipial olmaqla yanaşı, insani münasibəti qorumağı ondan öyrənmişəm.

Şagirdi olduğum bir insanın sonradan rəhbərim olması mənim üçün həm böyük şərəf, həm də ciddi bir məktəb oldu. O, hər zaman kollektivinə dəyər verən, müəllim əməyini qiymətləndirən, ədaləti və şəffaflığı idarəetmənin əsas prinsipi kimi qəbul edən bir rəhbərdir.

Bu gün onun doğum günü ərəfəsində bu yazını hazırlamağımız təsadüfi deyil. Mən də digər həmkarlarımıza qoşulub müəllimimi təbrik edirəm. Ona möhkəm cansağlığı, uzun və mənalı ömür, gördüyü işlərdə daim uğur, yetişdirdiyi insanlarda isə öz izinin davamını arzulayıram.

Xədicə müəllim kimi müəllim və rəhbərlər olduqca, təhsil yalnız bilik məkanı deyil, eyni zamanda şəxsiyyət yetişdirən bir məktəb olaraq qalacaq.

Xədicə Babayevanın pedaqoji fəaliyyəti Təhsil Nazirliyi tərəfindən layiqincə qiymətləndirilib. Təsadüfi deyil ki, ona göstərilən etimad nəticəsində rəhbəri olduğu təhsil ocağı yüzlərlə möhtəşəm tədbirə ev sahibliyi edib.  Məktəbdə pirşağılı elm adamları ilə görüşlər keçirilib, onların fəaliyyətini əks etdirən muzey-sərgi yaradılıb. Onun təklifi ilə görkəmli alim Xoşbəxt Yusifzadənin sağlığında adının məktəbə verilməsi isə təqdirəlayiq hal idi.

Bu gün Xədicə Babayeva məktəbdən ayrılsa da, onun ürəyi daim müəllimlərin, şagirdlərin yanındadır. O təhsil ocağının fəxri direktoru kimi böyük ehtiramla xatırlanır, tez-tez məktəbə qonaq kimi dəvət olunur.

Ömür bir kino lenti kimi hansısa zaman aralığından ibarətdir. Amma bu "kino"nu maraqlı edən insanın əməlləridir. Xədicə Babayeva da belə ziyalılarımızdandır.

İllər ötsə də, o, şagirdlərin və müəllimlərin ürəyində xoş xatirələrlə sevilir. Xədicə xanım bu gün çox xoşbəxtdir. Çünki onun yüzlərlə yetirməsi qollu-budaqlı ağacı xatırladır, gənc nəslin maariflənməsinə öz töhfələrini verirlər.

Dilşad Xaqaniqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see263

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see242

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see204

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see155

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see140

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri