Öz “qaydaları” ilə hərəkət edən sürücü əks yola çıxıb qırmızı işıqda keçdi VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Abşeron rayonu, Masazır qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 12-də saat 11:07 radələrində qeydə alınıb. Belə ki, 77-LZ-252 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Görüntülərdən aydın olur ki, sürücü digər hərəkət iştirakçılarından fərqli olaraq işıqforun qadağanedici siqnalında dayanmayaraq hərəkətini davam etdirir.
Xoşbəxtlikdən hadisə zamanı qarşı tərəfdən nəqliyyat vasitəsinin gəlməyib.
Qeyd edək ki, bəzi sürücülər sıxlıq şəraitində və ya işıqforun qırmızı siqnalında gözləməyi vaxt itkisi kimi qiymətləndirir. Bu isə yol hərəkəti təhlükəsizliyini ciddi şəkildə risk altına qoyur və qəza ehtimalını artırır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















