Icma.az
close
up
RU
“Öz qohumu tərəfindən vəzifəyə soxuşdurulanlar, hardasınız?”

“Öz qohumu tərəfindən vəzifəyə soxuşdurulanlar, hardasınız?”

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər dövri mətbuatda “casus” və “xəyanətkar” mövzusu ciddi müzakirə predmetinə çevrilib. Hansı ki, cəmiyyətin də yetərincə diqqət mərkəzindədir və paralel fonda bir çox iri maskaların yırtılmasına, əsl həqiqətlərin üzə çıxmasına rəvac verir.

Bir zamanlar hüquq-mühafizə, təhlükəsizlik orqanları bənzər hadisələr üzərindən ifşa prosesini çox da açıb-ağartmırdı. Daha dəqiq desəm: cinayət əməli öz mahiyyəti üzrə tövsif olunurdu, cəza verilirdi, qurtarıb gedirdi. Yaxşı bəs indi niyə fərqli təzahüratlarla qarşı-qarşıyayıq? Səbəb çox sadədir: Hazırki vəziyyətdə məlum şəbəkənin radiusu, hüdudları o qədər böyükdür və qalın zəncirbəndlərlə pərçimlənib ki, məsələ o qədər siyasiləşib ki, süni intellekt dediyimiz nəsnə və sosial şəbəkələrdəki xaos təxribatçı ünsürlərin imitasiya imkanlarını o qədər artırıb ki, artıq bu durumda qətiyyən susmaq olmaz.

Və dövlət də ən düz olanı edir!

Şahnaz Bəylərqızının ifadəsi hələ yayınlanmayıb. Sadəcə anonsu gedib. Amma baxın, qaragüruh necə vəlvələdədir. Niyə görəsən?

Mediada Rusiyaya “işləyənlərin” siyahısı açıqlandı. Fəqət, ittiham olunan bir adamın tutarlı açıqlamasını görmədik, adları çəkilənlərdən kimsə özünü təmizə çıxarmaq üçün cidd-cəhd göstərmədi, məhkəməyə müraciət etmədi. Niyə görəsən?

“Rus Evi”ni Azərbaycandakı evindən üstün tutanlar, yerdəyişmə əməliyyatı üçün basabas ofis axtaranlar, alnında damğa gəzənlər, başqa ölkənin vətəndaşı ola-ola öz qohumu tərəfindən vəzifəyə soxuşdurulanlar, hardasınız? Səsiniz çıxmır. Niyə görəsən?!

Hikmət Hacıyevin bütün şəcərəsini hədəf seçdiniz. Müxtəlif cəbhələrdən. Riyakarcasına! Namərdcəsinə! Nə var-nə var, yerindədir, təmizdir, dürüstdür deyə. Bir qalmışdı, “rus dili kursuna getməyi”, onu da son dərəcə bəsit, kustar və əbləh üsullarla özünüzdən uydurmağa çalışdınız. Fəqət, alındımı?! Alınmadı.

Hələ o gün başıpozuğun biri qayıdıb ki, Prezident Türkiyənin ölkəmizə yeni təyin olunan səfirini şəxsən qəbul etməyib, çünki ölkədə yoxdur. Hərgah, bu adama deyən gərək: Ay kitabdan, elmdən, mütaliədən uzaq binəva, veriliş, süjet hazırlayırsansa, barı onu ərsəyə gətirmədən öncə kimdənsə məsləhət al, araşdırma apar, proseduru öyrən. Və gör, bil ki, səfirlərin Prezidentdən öncə xarici işlər naziri tərəfindən qəbul olunması illərdir formalaşan ənənədir, legitimliyin ilk addımıdır, diplomatik protokolun qaydasıdır.

Baxıram, 44 günlük müharibədə Azərbaycana qarşı ermənidən artıq təbliğat aparanlara, blok şəklində dezo yayanlara, Şuşanın işğaldan azad edildiyi gün dədəsinin yasından betər yasa batanlara. Hamısı anidən dönüb olublar demokrat, millətsevər, insanpərvər. Biri “Meydan TV”nin əməkdaşlarının “şərlənməsindən” (?) danışır, o biri “Toplum TV”nin “saf” təəssübkeşlərindən.

Heyhat! Sizin o “şərlənmişlərinizin”, “saf”larınızın yazışmalarında bilirsinizmi hansı mətnlər keçir?! İcazənizlə bir neçəsini isti-isti sadalayım:

1) “COP29 öncəsi elə edin, Bakıda sabitlik tam pozulsun. İnsanları inandırmağa çalışın ki, bu tədbir bizə lazım deyil. Hətta imkan olsa süni qarşıdurmalar yaradın.”

2) “Hər səmərəli təxribatın öz miqyasına uyğun qonorarı olacaq. Yetər ki, dayanmayın, Azərbaycanı gözdən salın.”

Və siz, müstəqil, qərəzsiz jurnalistsiz, hə?!

***

Ən böyük casus kimdir? Və ya ümumiyyətlə casusun “ən”i, “daha ən”i, balacası, böyüyü olurmu? Olmur! Pisin daha pisi olur. Şərəfsizin daha şərəfsizi olur. Amma casusun daha casusu olmur! Casus elə casusdur! Casus dibin dibidir. Casus - namərdliyin, rəzilliyin ən dərin köşəsində çabalayan biridir. Və...bu yolu tutan hər kəs – ha üzü Rusiyayadı, ha Fransaya, ha başqa yerə, fərq etməz - əcdadı və nəsli ilə bərabər daim “yad edilməlidir”!

Ən sonda. Dünən mətbuatdan oxudum ki, “Azad Söz” kanalının aparıcısı Tural Sadıqlı keçmiş arvadını döyüb və qarşı tərəf şikayətçidir.

Anındaca bir şey düşündüm: Arvad döymək tələbə yoldaşına təcavüz etməyin yanında nə mənədir ki?

Tural, yəqin anladın, hansı hadisəyə eyham vururam.

İstəsən, təfsilatlı da danışa bilərəm.

Amma hələ ki, ipucu verim: Naxçıvan Universiteti. 1-ci kurs. M.Z.

Düşünürəm, həyatını məhv etdiyin bu misirli qızı unutmamısan...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Fevral 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri