Öz saytı işləməyən internet şirkətləri SİYAHI
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən aparılan monitorinqlər nəticəsində ölkəmizdə fəaliyyət göstərən bəzi internet telekommunikasiya xidməti göstərən operator və provayderlərinn istehlakçılar üçün açıq və əlçatan rəsmi internet informasiya resursunun (veb-saytı) olmadığı müəyyən edilib.
Milli.Az xəbər verir ki, mövcud vəziyyət istehlakçıların xidmət şərtləri ilə tanış olması, tariflər və ödənişlər barədə məlumat əldə etməsi, şikayət və müraciət mexanizmlərindən istifadə etməsi, texniki xidmət və kəsintilər barədə vaxtında məlumat alması
imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
İKTA bəyan edir ki, mövcud normativ aktlardan irəli gələrək, internet xidmət provayderləri istehlakçıya xidmət barədə zəruri, düzgün və dolğun məlumat verilməsini təmin etməli, xidmət şərtlərinin, texniki qulluq və istifadə qaydalarının açıqlığını və əlçatanlığını və istifadəçinin özünə dair informasiyaya çıxış hüququnu təmin etməlidirlər. Bu tələblərin effektiv icrası üçün provayderlərin rəsmi internet resurslarının mövcudluğu müasir və zəruri praktikadır.
Bu addımın məqsədi bazarda şəffaflığı artırmaq, istehlakçıların məlumatlı seçim imkanlarını genişləndirmək və xidmət göstərən subyektləri məsuliyyətli davranışa təşviq etməkdir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Aprel 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















