Icma.az
close
up
RU
“Öz Vətənimizin Himnini oxuduğunuz üçün xoşbəxtsiniz” Fotolar

“Öz Vətənimizin Himnini oxuduğunuz üçün xoşbəxtsiniz” Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov “Məktəbdə...” layihəsinin qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin növbəti görüşü paytaxtdakı 189-190 nömrəli tam orta məktəbdə keçirilib. 

Qonaq əvvəlcə məktəblə tanış olub, təhsil müəssisəsinin keçdiyi inkişaf yolu barədə məlumatlandırılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü ərəfəsində məktəblilərlə görüşən tarix elmləri doktoru, professor A.İsgəndərov Şərqdə ilk demokratik respublika yaratmaq uğrunda mübarizəyə qoşulan insanların əzmkarlığından danışıb, cümhuriyyət dövründə təhsil sahəsində atılan əhəmiyyətli addımlardan söz açıb, həmin tarixi dövr barədə məktəblilərə ətraflı məlumat verib. Şagirdlərə “Öz Vətənimizin Himnini oxuduğunuz üçün xoşbəxtsiniz”- deyə səslənən millət vəkili müstəqil Azərbaycanın daha da güclü, qüdrətli dövlətə çevrilməsində gələcək nəsillərin üzərinə düşən vəzifələrdən bəhs edib.

Millət vəkili özünün məktəb illəri, gənclik dövrü ilə bağlı xatirələrindən, əldə etdiyi nailiyyətlərdə aldığı təhsilin və qazandığı təcrübələrin rolundan danışıb. Müasir dövrün tələbləri və bugünün məktəbindən, həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, vətənpərvər, intellektual gəncliyin yetişməsində təhsil müəssisələrinin rolundan söz açan A.İsgəndərov gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlərdən, yad təsirlərdən qorunması yolları barədə şagirdlərə tövsiyələr verib, onları düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 May 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri