Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

“Ozanyan” dəstəsinin antiTürkiyə çıxışı İrəvanın terrorçularla ortaqlığı ŞƏRH

“Ozanyan” dəstəsinin antiTürkiyə çıxışı İrəvanın terrorçularla ortaqlığı ŞƏRH

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Novar Ozanyan briqadası” adlı erməni terror qruplaşması bu günlərdə Suriyanın Ayn əl-Ərəbdə PKK/YPG-PYD terrorçularına məxsus tunellərdən birindən video paylaşıb. “Briqada” PKK/YPG-PYD terror qruplaşmasına dəstək verdiyini, “Suriya Demokratik Gücləri” ilə müttəfiq olduqlarını açıqlayıb.

Qeyd etmək lazımdır ki, erməni milli ruhunun ən mühüm elementlərindən biri də terrordur. Bunun şovinist, yaxud hikkə kimi yozulmasını istəməzdik. Çünki Azərbaycan onlara qarşı qərəzli olmayıb. Daha çox etnik azlıq olduqlarından iddialarına, yalanlarına, saxtakarlıqlarına qarşı böyüklük göstərib, önəm verməyib. Bu, onların haqqında reallığı deməyə də imkan verir.

Azərbaycan keçmişdə və çağdaş dövrdə ermənilərin törətdiyi çoxsaylı terrorlara şahidlik edib. Onların daha çox işgəncə verməyə, terror törətməyə meyilli olması kollektiv psixoloji kompleksin göstəricisi sayılır.

Ermənilərə aid terror qruplaşmalarının bəzilərini xatırlamaq yerinə düşər.

1885-ci ildə yaradılan “Armenakan” Partiyası Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədib, İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

“Hnçak” Partiyası 1887-ci ildə İsveçrədə yaradılıb. Qurumun əsas məqsədi "Böyük Ermənistan" dövləti yaratmaq olub. Hədəfə çatmaq üçün terrorizm və dağıdıcı təşkilat yaradılması metodunun seçilməsini vacib sayıb.

"Daşnaksütyun" 1890-cı ildə Tiflisdə təsis edilib. Əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb.

Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişdi. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni soyqırımının intiqamçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib. Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.

"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

1975-ci ildə yaradılan ASALA təşkilatının qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Türkiyənin şərqi, Güney Azərbaycanı, Azərbaycanın Naxçıvan və Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. O, müsahibəsində bildirmişdi: "Düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir". ASALA Beyrutda 28.08.1993-cü ildə açıqlanan bəyanatında "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçməsinə imkan verməyəcəklərini bildirmişdi.

"Geqaron" 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. "Erməni azadlıq hərəkatı" (AOD) 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir. "Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan bu terror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

"Erməni birliyi" 1988-ci ildə Moskvada yaradılıb və "ASALA" ilə sıx əlaqələrə malikdir.

“Apostol” 2001-ci il aprelin 29-da Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan “Ermənistan Müdafiə Birliyi” tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları törətməkdir.

Belə türk düşməni olan tör-töküntü terror qruplaşmaları az deyil. Onların əsas hədəfi Türkiyə, Azərbaycan, türk dövlətləri və türklərdir. Başqa sözlə, bu etnik qrupu türklərə qarşı bir dəfə zəhərləyiblər. Bu nifrət, kin davam edir. Onlardan Türkiyə, Azərbaycan və başqa türk dövlətlərinə qarşı alət olaraq da istifadə edirlər.

Belə qruplaşmalar üçün yer, məkan fərqi yoxdur. Təki, zəhərləndikləri türk düşmənliyi hikkəsini reallaşdırmaq üçün imkan yaradılsın.

“Ərəb baharı” hadisəsi və İŞİD terror qruplaşmasının işğalından sonra Suriyada PKK terror qruplaşmasının YPG və PYD adlı dəstələri yaranıb. Bu, terror dəstəsi fəaliyyətini ört-basdır etmək məqsədi ilə “Suriya Demokratik Gücləri” adlı bir “təşkilat” qurulub. Adından asılı olmayaraq onların hədəfi Suriya və İraqı parçalamaq, Türkiyəyə qarşı terror əməliyyatları keçirmək, onun təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid etməkdir.

Onlara türk düşməni erməni etnik qrupunun yaratdığı terror qruplaşmaları da qoşulub. Yuxarıda adıçəkilən “Novar Ozanyan briqadası” adlı erməni terror qruplaşması Türkiyəyə qarşı mübarizə aparacaqlarını, “Rojava inqilabı”nı (Suriyanın şimalı və şərqində yerləşdiyi iddia olunan “Qərbi Kürdüstan”) müdafiə edəcəklərini bildirib.

Bu terror qruplaşma 1956-cı ildə Türkiyədə doğulmuş Nubar Ozanyan adlı erməninin şərəfinə 2019-cu il aprelin 24-də yaradılıb. Onun ləqəbi “Orhan Bakırçıyan”dır. Bu terrorçu Livanda vətəndaş müharibəsində, 1991-1992-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində, PKK terrorçuları sırasında Türkiyəyə qarşı silahlı hücumlarda, Suriyada vətəndaş savaşında iştirak edib. Nubar Ozanyan Türkiyə “marksist-leninçi” kommunist partiyasının silahlı qanadının komandiri olub. Ozanyan türk, erməni və rus dillərində danışa bilirmiş. 2017-ci ildə Suriyanın Rakka bölgəsi ətrafında öldürülüb. Qrupun lideri Masis Motanyan sayılır.

Onlar “erməni soyqırımı törədənlərlə mübarizə aparacaqlarını” vəd edir. “Biz Ermənistan silahlı qüvvələri olaraq xalqımızı, azadlığımızı, dilimizi və mədəniyyətimizi müdafiə edəcəyik”, - “ozanyançılar” bildirib.

Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından bəlağətlə danışır. Ancaq indiyədək bu kimi terror qruplaşmalarına qarşı münasibət bildirməyib. Çünki belə “təşkilatlar” Ermənistan və erməni xalqı “haqqı” “uğurunda” mübarizədən bəhs edirlər. Rəsmi İrəvanın bu məsələdə sükutu onların əməkdaşlıqlarının və ya normal əlaqələrinin mövcudluğunu ehtimal etməyə əsas verir.

Əslində erməni etnik qrupu tarixən bütün cəbhələrdə fəaliyyət göstərib. “Ozanyan” və başqa ona oxşar qruplaşmalar PKK terror qruplaşmasının yanında yer aldıqları halda Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti vaxtı ilə Suriyada süquta uğramış Bəşşar Əsədlə bir cəbhədə yer tutub. 2023-cü ilin fevralında onun kabinetinin XİN başçısı Ararat Mirzoyan Əsədlə görüşərək ona dəstək verdiklərini bildirmişdi.

ABŞ Dövlət Departamenti 2019-cu ilin fevralında yaydığı bəyanatda Ermənistan hökumətinin Suriyadakı rejim başçısı ilə əməkdaşlığını dəstəkləmədiyini bildirmişdi: “Biz Suriya silahlı qüvvələri ilə istər mülki şəxslərə yardım, istərsə də hərbi məqsədlər üçün əməkdaşlığı dəstəkləmirik. Bu missiyanı yerinə yetirmək üçün Ermənistanla Rusiya arasındakı əməkdaşlığı da məqbul saymırıq”.

Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyan isə həmin il fevralın 1-də Suriyada hərbi əməliyyatlarda erməni hərbçilərinin iştirakının mümkünlüyünə eyham vuraraq maraqlı açıqlama vermişdi: “Hərbi əməliyyatlarda iştirak etmək zərurəti yaranarsa, Ermənistan bunu qanuna uyğun olaraq mütləq edəcək”.

Bu hadisələr göstərir ki, erməni etnik qrupunun nümayəndələri Ermənistan dövləti və ya terror qruplaşması kimi hər iki tərəfdədir. Bu, onların hər iki tərəfin bir mərkəzdən idarə edildiyinə də dəlalət edə bilər.

PKK Suriyanın ərazi bütövlüyünə qarşı olan qruplaşmadır. Bu baxımdan “Ozanyan briqadası”da onlara bu işdə dəstək verir.

Odur ki, erməni etnik qrupuna məxsus dövlət, siyasi təşkilat, terror qruplaşması üçün əsas hədəf Türkiyə, Azərbaycan və türklərdir. Bu halda “Ozanyan” dəstəsi ilə Paşinyan hökuməti arasında elə kəskin fərq yoxdur. Rəsmi İrəvan beynəlxalq ictimaiyyətə sülh sazişi, münasibətlərin normallaşması, sərhədlərin müəyyənləşməsinə dair verdiyi yalan vədlərlə bəhs etdiyimiz qruplaşmaları yada salır. Ozanyanın Azərbaycan torpaqlarında döyüşməsi də bunu təsdiqləyir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri