Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Özbaşına qızını da götürüb anasıgilə getmişdi Qubadakı hadisənin təfərrüatı

Özbaşına qızını da götürüb anasıgilə getmişdi Qubadakı hadisənin təfərrüatı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Quba rayonunda məişət zəminində baş verən şiddət hadisəsi ilə bağlı cinayət işi açılıb. Hadisə rayonun kəndlərindən birində, ötən ilin fevral ayında qeydə alınıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə 1993-cü il təvəllüdlü Alim (ad şərtidir) axşam saatlarında yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Şəxsi münasibətlər fonunda yaranan gərginlik qısa müddətdə fiziki zorakılığa çevrilib. Mübahisə zamanı kişi qadının üz nahiyəsinə şillə və yumruqla zərbələr endirərək ona müxtəlif xəsarətlər yetirib.
Faktla bağlı Alimə qarşı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs məhkəmə ifadəsində törətdiyi əməli etiraf edərək özünü tam təqsirli bildiyini qeyd edib.
O, ifadəsində göstərib ki, 2018-ci ildə Aynur ilə rəsmi ailə həyatı qurub, həmin evlilikdən 3 övladı dünyaya gəlib:
“Evləndikdən sonra aramızda hər hansı mübahisə olmayıb. Lakin son bir neçə aydır ki, müxtəlif bəhanələr gətirərək Aynur mənimlə mübahisə etməyə başladı və biz boşanmaq üçün Quba Rayon Məhkəməsinə müraciət etdik”. 
Təqsirləndirilən şəxs deyib ki, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Aynur özbaşına balaca qızı Elnarəni də götürərək Xaçmaz şəhərində yaşayan anasının yanına gedib:
“Fevralın 10-da Aynur yenidən evə qayıtdı və onun yaşadığım evdə qalmaq istəmədiyini dedim və mübahisə etməyə başladıq. Mübahisə zamanı Aynur məni söyüb təhqir etdi. Mən Aynuru sakitləşdirməyə çalışsam da, buna məhəl qoymadı. Mən də əsəbləşərək Aynuru şillə ilə sifətindən vurdum, qolundan tutaraq yaşadığımız evdən çölə çıxardım. O, evdən getdi”. 
İş üzrə zərərçəkmiş Aynurun sözlərinə görə, əri Alim ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan aralarında tez-tez ailə münaqişələri baş verib:
“Mübahisələrə səbəb Alim ilə xarakter baxımından yola getməməyim, eləcə də onun psixi problemlərinin olması olub. Münasibətlərimiz pisləşdiyindən ilk əvvəl boşanma üçün müraciət etsəm də, qaynımın təkidi ilə müraciətimi geri götürdüm. Sonra isə Alim özü boşanma üçün rayon məhkəməsinə müraciət etdi. Buna baxmayaraq biz eyni evdə yaşamağa davam etdiyimiz üçün aramızda mütəmadi mübahisələr yaranıb.” 
Zərərçəkmiş qeyd edib ki, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Alim onu evdən qovduğundan Xaçmaz şəhərində yaşayan anasının yanına gedib:
“Fevralın 10-da evə geri qayıtdım. Evə qayıtdıqdan sonra saat 19 radələrində aramızda təkrar mübahisələrimiz yarandı. Alim məndən evi tərk etməyimi tələb etdi. Mən isə Alimə hazırda rəsmi olaraq boşanmadığımı, məhkəmə qərar verdikdən sonra gedəcəyimi dedim. Mübahisə zamanı Alim məni şillə və yumruqla döyərək evdən çıxarmaq istədi. Mən isə məcburiyyət qarşısında qalaraq polisə zəng edərək şikayət etdim”. 
Bu cinayət işinə Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see430

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see323

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see320

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see300

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see294

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see278

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see278

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see268

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see248

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see229

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see213

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see211

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see200

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see196

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see189

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see188

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see183

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see175

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri