Icma.az
close
up
RU
Özbaşına tikilinin sökülməsi ilə əlaqədar mübahisələrdə əsas məqamlar

Özbaşına tikilinin sökülməsi ilə əlaqədar mübahisələrdə əsas məqamlar

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikili üzərində şəxs sərəncəm səlahiyyətini həyata keçirə- sata, bağışlaya bilməz. Lakin qanunverici şəxsə hüquq verir ki, həmin torpaq sahəsi onun mülkiyyətindədirsə, mülkiyyət hüququ tanınsın. Təbii ki, burada bir sıra faktorlar-digər şəxslərin həyatı sağlamlığı üçün tikilinin təhlükə yaradıb-yaratmaması kimi hallar nəzərə alındıqdan sonra bu hüququn tanınması mümkündür.

Bəs özbaşına tikilinin sökülməsini tələb etmək hüququ olan şəxslər kimlərdir? Maraqlı tərəf kimdir?

-Müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəf.

 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müvafiq maddədə əsas mübahisəli məsələ “maraqlı tərəf” anlayışı düzgün təfsir olunmamasıdır. Belə ki, məhkəmə təcrübəsi göstərir ki, söküntü ilə bağlı mübahisələrdə məhkəməyə daha çox müraciət edən vətəndaşlardır. Məhkəmələr isə maraqlı tərəf kimi daha çox əşya hüquqları olan şəxsləri tanıyırlar. Bu isə iddiaların təmin olunmamasına səbəb olur. Halbuki maraqlı tərəf dedikdə, özbaşına tikilinin sökülməsi ilə onun hər hansı hüquq və mənafeyinin təmin ediləcəyi şəxs nəzərd tutulmalıdır.

Daha sonra özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi şəxsin mülkiyyətindədirsə, iddianın rədd edilməsi üçün əsas ola bilərmi?

Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Bu cür iddialarda özbaşına tikilinin başqa şəxslərin hüquqlarının pozulmadığı və həyatı sağlamlığı üçün təhlükə yaratmadığını sübutetmə yükü cavabdehin üzərinə düşür. Əgər mülkiyyətçi cavabdeh mülkiyyət hüququnun tanınması barədə iddia verməyibsə də,  həmin tikintinin təhlükəsizlik qaydalarına uyğun inşa edildiyini, metal konstruksiyaların uçması, qopması və ya aşması təhlükəsinin olmadığını, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına əməl edildiyini təsdiq edən sübut təqdim edə bilmirsə, özbaşına tikili sökülməlidir.

Özbaşına tikilinin yerləşdiyi ərazidə yaşayan iddiaçının yaşadığı evə mülkiyyət hüququnu təsdiq edən sənədin olmasına ehtiyac varmı?

Qanunverici iddiaçılara dair hər hansı təsdiqedici sənədin olmasını tələb edir. Bu baxımdan iddiaçının yaşadığı evə dair hüquqmüəyyənedici sənədin olmaması iddianın rədd edilməsinə əsas ola bilməz. Burada hesab edilir ki, iddiaçının həmin yerdə yaşaması faktı kifayətdir. Çünki təhlükəsiz yaşamaq hüququnun müdafiə olunması Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsində nəzərdə tutulmuşdur.

Özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının aparılması hallarında tikilinin sökülməsi ilə bağlı məsələlər necə tənzimlənir?

Məhkəmə praktikasına əsasən , “məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. İcra müddətinin göstərilməsinin zəruriliyi ilə bağlı qənaətə gəlindiyi halda isə, məhkəmələr qətnamənin nəticə hissəsində “Qətnamə həmjn ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin” məzmununda bənd əlavə edə bilərlər.

Formalaşmış praktika müəyyən edir ki, bu qəbildən olan mübahisələrdə özbaşına tikilinin sökülməsinə səbəb olan tədbirin həyata keçirilmə tezliyini, təcililiyi qiymətləndirmək zəruridir. Əks halda özbaşına tikili olsa belə vətəndaşa edilən müdaxilə adekvat xarakter daşımayacaqdır.

Aysu Nəbizadə,

Hüquqşünas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:422
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyul 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri