Icma.az
close
up
RU
Özbək gənclərinin “Xarıbülbül”ü Gəncəyə səs saldı

Özbək gənclərinin “Xarıbülbül”ü Gəncəyə səs saldı

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daşkəndin universitet tələbələrinin Azərbaycan sevgisinə işarə olaraq bu ad altında yaratdıqları incəsənət kollektivi dahi Üzeyir Hacıbəyovun operettalarından, eləcə də hər iki xalqın sevilən mahnı və rəqslərindən Gəncə Filarmoniyasının yay səhnəsində böyük dostluq tablosu yaratdı desək, yanılmarıq.

Mədəniyyət Nazirliyinin və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində reallaşan bu tədbirlər həqiqətən də ortaq milli-mədəni dəyərlərə sahib iki xalqın birlik simvollarının daha bir nümunəsi oldu.

Özbək gənclərinin “Xarıbülbül” səhnə və musiqi truppası üzvlərinin, həmçinin Gəncənin musiqi kollektivlərinin həmahəng çıxışlarının böyük şövq və səmimiyyətini dərindən duymuş tamaşaçıların sürəkli alqış və dostluq nidaları da bu uğurun sübutu idi.

Dostluq axşamında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli çıxış edərək layihənin xalqlarımız arasında mədəni dialoqun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını, xüsusilə Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, humanitar və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirib.

O, həmçinin ölkələrimiz arasında dostluq  və strateji tərəfdaşlığın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərdikləri xüsusi diqqət və siyasi iradə sayəsində daha yüksək səviyyəyə çatdırıldığını bildirib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Aygün Səmədzadə və AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov da çıxışlarında Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin mədəni irsə və mənəvi dəyərlərə mailk olduğunu vurğulayıblar.

Gəncə Dövlət Filarmoniyası və şəhər ictimaiyyəti adından Özbəkistanlı qonaqlara dahi Üzeyir Hacıbəyovun portreti, eləcə də Gəncənin tanınan mənzərələrini əks etdirən rəsmlər hədiyyə olunub.

Özbəkistanlı gənclər öz müəllimlərinin və Azətbaycan Mədəniyyət Mərkəzinin təmsilçiləri ilə birgə Gəncənin bir sıra əlamətdar yerlərində olublar, dahi Nizami Gəncəvinin Məqbərə Kompleksinin ziyarəti zamanı şairin məzarı önündə onun ruhuna dualar oxuyublar, yaxınlıqda yerləşən Nizami Gəncəvi Muzeyində türk dünyasının bu böyük söz və fikir adamının yaradıcılığı haqda biliklərini artırıblar.

Qonaqlar Gəncə Memorial Kompleksini ziyarət edərkən, onlara  44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması və bu hücumların dinc əhali üçün doğurduğu faciəvi nəticələr barədə ətraflı məlumat verilib və bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu  məkan raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsinin əbədiləşdirilməsinə, həmin faciələrlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.

Özbəkistanlı gənclər və onların müəllimlərinin AMEA-nın Gəncə Bölməsində fəaliyyət göstərən  Əlişir Nəvai adına Özbək Dili və Mədəniyyəti Mərkəzi ilə tanışlığı da maraqla keçib. Mərkəzin yaradılması iki il əvvəl Azərbaycan və Özbəkistan alimlərinin birgə təşəbbüsü əsasında gerçəkləşdirilib. Burada Türk mənəviyyat aləminin poetik söz və fikir dünyasının nəhəng simalarından  olan böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441-1501) əsərlərindən, eləcə də onun yaradıcılığına həsr olunmuş elmi və publisistik yazı materiallarından ibarət kitablar və digər çap materialları, yaratdığı motivlərə aid müinüatürlər, illüstrasiyalar, fotosurətlər və digər qiymətli nümunələr toplanıb.

Qeyd edək ki, “Azərbaycan mədəniyyətinin yay məktəbi” layihəsi çərçivəsində tədbirlər ilulun 18-dək davam edəcək.

Zakir Muradov,

Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri