Özbəkistan Azərbaycanla icazə sistemi tətbiq edəcək Nazir müavini
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Özbəkistan dünyada ilk dəfə Türkiyə ilə birlikdə icazə sistemi tətbiq edib. Biz bunu Qazaxıstanla da həyata keçirdik. Çox yaxın vaxtlarda Türkmənistan və Azərbaycanla da həyata keçirməyi planlaşdırırıq.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat nazirinin müavini Mamanbəy Ömərov COP29da "Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin iştirakı ilə dəyirmi masada çıxışında deyib.
Onun sözlərinə görə, icazə sistemini digər sərhəd ölkələrlə, eləcə də “E-icazə” sistemi ilə tətbiq edəcəklər.
“Hazırda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin, eyni zamanda, Trans-Əfqanıstan dəhlizinin tikintisi üzərində işlər aktiv davam edir. Düşünürəm ki, bütün bu marşrutlar Orta Dəhliz üçün əlavə həcm yaradacaq və onun şaxələndirilməsi üçün bir fürsətdir. Dəhlizin daha da inkişaf etdirilməsi və tranzit potensialının artırılması, sərhəddə keçidin sadələşdirilməsi üçün müasir üsulların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər davam edir”, - deyə nazir müavini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















