Özbəkistan Bakıda keçirilən COP29 çərçivəsində milli pavilyonunu təqdim edir
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Özbəkistan ölkənin unikal mədəniyyəti, tarixi və təbiəti ilə formalaşan ənənəvi dəyərləri və yanaşmaları nümayiş etdirən milli pavilyon təqdim edir.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat verib.
Pavilyon Özbəkistanın dayanıqlı, ənənəvi materiallarından və ölkənin iqlim şəraitinə uyğunlaşdırılmış, zamanla sınaqdan keçmiş qədim metodlardan istifadə edilərək inşa edilib.
"Bu, memarlıq konsepsiyası ənənəvi özbək həyəti “xovli”yə əsaslanır. Yaşıllıq və üzüm tənəkləri ilə əhatə olunmuş bu ailə həyatı mərkəzi insan və təbiətin harmonik birgəyaşayışını simvolizə edir", - mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Konfrans 11-22 noyabr tarixlərində keçiriləcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev COP29 tədbirlərində iştirak edəcək.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















