Özbəkistan fiziki şəxslərin icazəsi olmadan çəkilişləri qadağan edir
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Bundan sonra Özbəkistanda şəxsin razılığı olmadan çəkilişlər qadağan ediləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, deputatlar müvafiq qanun layihəsini birinci oxunuşda müzakirə edərək qəbul ediblər.
Layihədə şəxsin çəkilişinə və istifadəsinə razılığın alınmasının məcburi tələbi, yetkinlik yaşına çatmayanların bu münasibətlərdə müstəqil hüquqi subyekt olması, çəkilişlərə və ondan icazəsiz istifadəyə yol verilən halların əhatə dairəsi öz əksini tapıb.
Qanun layihəsində uşaq hüquqlarına da xüsusi yer ayrıldığı bildirilir. Buna əsasən, uşaqlar müstəqil hüquqi subyektlər kimi müəyyən edilir. 16 yaşına çatmayanlar adından razılığı onların valideynləri və ya qanuni nümayəndələri verir, 16 yaşına çatmış şəxslərin isə bu məsələ ilə bağlı müstəqil qərar qəbul etmək hüququ vardır.
Süleyman
Baxış sayı:80
Bu xəbər 09 Sentyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















