Özbəkistan ilk məsafədən zondlama peykini kosmosa buraxıb
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Özbəkistan “Səmərqənd-2028” hiperspektral peykini uğurla kosmosa buraxıb.
XQ özbək mediasına istinadla xəbər verir ki, peyk Çinin STAR.VISION şirkəti ilə birgə hazırlanıb. O, Çinin Şandun əyalətinin sahillərindəki buraxılış platformasından kosmosa göndərilib.
Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyi bildirib: “Layihənin bir hissəsi olaraq, “Özbəkkosmos” agentliyinin mütəxəssisləri hiperspektral məlumatların birbaşa peykdə emal olunmasına imkan verən süni intellekt modulu hazırlayıblar. Bu imkan məlumatların ötürülməsi və onların təhlilinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda süni intellektin kosmik texnologiyalarda praktik tətbiqini genişləndirir”.
Nazirliyin məlumatına görə, "Səmərqənd-2028" missiyası kosmik texnologiyaların kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin monitorinqi, su ehtiyatlarının idarə edilməsi, fəlakət risklərinin azaldılması, şəhərsalma və digər strateji əhəmiyyətli sektorlarda tətbiqini nəzərdə tutur.
Missiya Özbəkistanın tarixində ən böyük beynəlxalq kosmik layihələrdən biridir və ölkənin milli kosmik proqramında əhəmiyyətli mərhələdir. O, həmçinin Özbəkistan və Çin arasında elmi-texnoloji əməkdaşlığı daha da gücləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 05 Avqust 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















