Özbəkistan İrana etiraz notası göndərdi
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Oktyabrın 23-də İranın Özbəkistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası təqdim olunub.
Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, buna səbəb İranın Ermənistan və Zimbabvedəki səfirliklərinin X sosial şəbəkəsində etdiyi paylaşımlar olub.
Diplomatik nümayəndəliklər ABŞ-ın dövlət katibi Marko Rubionun Səmərqənddəki Registan meydanının fonunda çəkilmiş kadrlarını yerləşdirərək, tarixi abidələrin memarlıq tağlarının "İran-İslam sivilizasiyası"nın xarakterik xüsusiyyəti olduğunu iddia ediblər.
Özbəkistan XİN bu bəyanatları Səmərqəndin tarixi-mədəni irsinin birtərəfli və siyasiləşdirilmiş təfsiri kimi qiymətləndirib.
Nazirlik vurğulayıb ki, Səmərqənd, Buxara, Xivə və ölkənin digər tarixi şəhərlərinin irsi əsrlər boyu formalaşıb və özbək xalqının tarixini, dövlətçilik ənənələrini və mədəni inkişafını əks etdirir.
Özbəkistan İran tərəfindən mübahisəli paylaşımları silməyi və gələcəkdə bu cür hallara yol verməməyi tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Oktyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















