Icma.az
close
up
RU
Özbəkistan nümayəndə heyəti Baku TV nin qonağı olub

Özbəkistan nümayəndə heyəti Baku TV nin qonağı olub

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Özbəkistan Milli Teleradio Şirkəti sədrinin müavini Mamadamin Safarovun rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.

Oxu.Az xəbər verir ki, heyətin tərkibinə "Özbəkistan 24" telekanalının baş rejissoru Davron Pulatov, ali kateqoriyalı televiziya operatoru Eldor Rustamov, beynəlxalq xəbərlər şöbəsinin redaktoru Madinabonu Xamrayeva, "Özbəkistan MTRK" Teleradio Mərkəzinin baş mütəxəssisi Jasur Maxmudov və Daşkənd Media Mərkəzinin 1-ci kateqoriyalı mütəxəssisi Uluğjon Safarov daxildir.

Görüş zamanı Baku TV-nin direktoru Ramin Cəfərov qonaqlara kanalın fəaliyyəti, müasir yayım texnologiyaları və beynəlxalq media şəbəkəsi haqqında ətraflı məlumat verib. Kanalın "Rəqəmsal Media Məktəbi" layihəsinin əhəmiyyətini qeyd edərək onun məzunlarının Baku TV, o cümlədən müxtəlif media qurumlarında işlə təmin olunduğunu vurğulayıb.

Qonaqlar "Global Media Group"a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar. Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, ölkənin regionları ilə yanaşı, beş xarici ölkədə müxbir şəbəkəsinə malik olması diqqətə çatdırılıb. Bundan əlavə, kanalın "YouTube" platformasında abunəçi sayının üç milyona çatması və ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub. Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.

Baku TV-nin yalnız xəbər istehsalı ilə məhdudlaşmadığı, həm də film və sənədli layihələr hazırladığı da qeyd olunub. Kanalın istehsalı olan "Söz" sənədli filmi beynəlxalq uğurlar qazanıb. Belə ki, ekran əsəri Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu "Accolade Global Film Competition"da mükafat qazanıb. Film, həmçinin "Roma Prisma Film Awards" yarışmasının finalçısı olub.

Görüş zamanı Azərbaycan və Özbəkistan media qurumları arasında tərəfdaşlıq imkanları ətraflı müzakirə edilib. Xüsusilə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduqlarını qeyd ediblər.

Özbəkistan Milli Teleradio Şirkəti (NTRK) ölkənin dövlət teleradio yayım şəbəkəsidir. 12 TV kanalı, 4 radio kanalı və 12 regional teleradioşirkətdən ibarətdir. Yayım rəqəmsal, analoq, peyk və internet üzərindən aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri