Icma.az
close
up
RU
Özbəkistan Prezidenti Gürcüstana dövlət səfəri edəcək

Özbəkistan Prezidenti Gürcüstana dövlət səfəri edəcək

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2-3 iyul tarixlərində bu ölkəyə dövlət səfəri edəcək.

XQ rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, səfər proqramına Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə danışıqlar daxildir. Gündəlikdə Özbəkistan-Gürcüstan dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri yer alır.

Səfər zamanı siyasi dialoqun gücləndirilməsinin, parlamentlərarası və regionlararası əlaqələrin inkişafının, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin, mədəni və humanitar mübadilələrin intensivləşdirilməsinin praktik aspektləri də müzakirə olunacaq.

Tərəflər sənaye, əczaçılıq, kimya, kənd təsərrüfatı, turizm, enerji və İT sektorunda əməkdaşlıq layihələrinin təşviqinə xüsusi diqqət yetirəcəklər.

Hər iki ölkə üçün prioritetlər nəqliyyat və logistika sahəsində əməkdaşlıq və yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi üçün əlavə imkanlar yaratmaqdır.

Liderlər, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Danışıqlardan sonra əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri