Icma.az
close
up
RU
Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib

Özbəkistan Prezidenti ticarət marşrutlarının şaxələndirilməsi göstərişini verib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 iyun, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaxın Şərqdə qeyri-sabitlik şəraitində ticarət marşrutlarının şaxələndirilməsi barədə göstəriş verib

AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, Prezident Mirziyoyev iyunun 23-də xarici ticarət və nəqliyyat logistikasında təxirəsalınmaz tədbirlərə dair keçirdiyi müşavirədə Yaxın Şərqdəki qeyri-sabitlik fonunda yük axınının daha təhlükəsiz limanlara yönləndirilməsinin vacibliyini vurğulayıb, xarici ticarət və nəqliyyat marşrutlarına yenidən baxılması barədə göstəriş verib. O qeyd edib ki, bu sahədə logistika xərclərinin artacağı gözlənilir.

Özbəkistan Prezidenti deyib: “Son günlər Yaxın Şərqdə aparılan hərbi əməliyyatlar onsuz da qeyri-sabit vəziyyəti daha da gərginləşdirib. Bu, şübhəsiz ki, Özbəkistanın xarici iqtisadi əlaqələrinə və qlobal bazarlara çıxışına təsir edir. Bu kontekstdə vəziyyəti obyektiv qiymətləndirmək, xarici ticarət, investisiyalar və nəqliyyat kimi əsas sahələrdə çevik tədbirlər görmək vacibdir”.

Şavkat Mirziyoyev xarici ticarət, investisiya siyasəti və nəqliyyatda əsas istiqamətlərə yenidən baxmağı tapşırıb. O əlavə edib ki, ilkin hesablamalar bu dəyişikliklərin logistika xərclərini 30 faizə qədər artıra biləcəyini diqqətə çatdırıb.

Özbəkistanın dövlət başçısı, həmçinin tərəfdaş ölkələrlə alternativ marşrutların əlaqələndirilməsini və ixracyönümlü müəssisələrə dəstək göstərməyi tapşırıb.

Müşavirədə qeyd edilib ki, İran ərazisindən bir sıra iri beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Mərkəzi Asiya - Bəndər Abbas limanı marşrutu (Türkmənistan vasitəsilə), Mərkəzi Asiya - İran - Türkiyə və Körfəzdən İran, Azərbaycan və Gürcüstandan keçən Cənub-Qərb dəhlizi (Poti limanı) keçir və Ukrayna və Polşaya qədər davam edir.

Digər marşrutlara İran - Türkiyə - Bolqarıstan - Rumıniya - Almaniya daxildir. Bundan əlavə, Tehran üç əsas təşəbbüsün iştirakçısıdır: Beynəlxalq “Şimal-Cənub” Nəqliyyat Dəhlizi (INSTC), Aşqabad sazişi və Çabahar limanı.

Özbəkistan, həmçinin Qazaxıstan, Xəzər Aktau limanı, Azərbaycan (Bakı) və Gürcüstandan (Batumi və Poti) keçən və Avropa bazarlarına çıxışı təmin edən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) vasitəsilə ixracını genişləndirir. Ənənəvi Şimal Dəhlizi (Özbəkistan - Qazaxıstan - Rusiya - Belarus - Şərqi Avropa) geosiyasi qeyri-sabitlik və Rusiyaya qarşı davam edən sanksiyalar səbəbindən getdikcə mürəkkəbləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri