Icma.az
close
up
RU
Özbəkistan Prezidenti: Uzunmüddətli həll yolları tapmaq vacibdir

Özbəkistan Prezidenti: Uzunmüddətli həll yolları tapmaq vacibdir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir".

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.

“Artıq regional əməkdaşlığın dayanıqlı arxitekturasının formalaşdırılması vaxtıdır. Bu sistem səmərəli əməkdaşlıq institutlarına, sahə qurumları arasında sıx əlaqələrə, regionlararası birbaşa təmaslara və inkişafın əsas istiqamətləri üzrə uzunmüddətli birgə proqramlara əsaslanmalıdır. Dövlətlərarası təşkilatlar və "Mərkəzi Asiya +" formatı çərçivəsində koordinasiyanı gücləndirməklə regionumuzun beynəlxalq mövqeyini daha da möhkəmləndirməliyik.

Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, vahid sənaye və texnoloji zəncirlərin yaradılması, ümumi rəqəmsal xidmətlərin inkişafı və investisiya platformalarının işə salınması istiqamətində konkret addımların atılması vacibdir. Mərkəzi Asiya təhsil, elm, innovasiya və böyük məlumatlar (Big Data) sahəsində rəqabətqabiliyyətli mərkəzə çevrilməlidir.

Buna kadr potensialını, süni intellekt texnologiyalarını, məlumat emalı mərkəzlərini (data mərkəzləri) və enerji infrastrukturunu birləşdirən vahid sistem yaratmaqla nail olmaq mümkündür. Ətraf mühitin qorunması həmişə olduğu kimi, bundan sonra da regional gündəliyin əsas prioritetlərindən biri olaraq qalır. Ortaq təbii məkanımızda yaranan çağırışlar dövlət sərhədləri tanımır. Deməli, onlara veriləcək cavablar da ortaq olmalıdır.

Bu yayın müşahidə olunan anomal istiləri bir daha göstərdi ki, iqlim dəyişikliyi artıq iqtisadiyyata, su və enerji təhlükəsizliyinə, insanların sağlamlığına və həyat keyfiyyətinə birbaşa təsir göstərən amilə çevrilib. Bu yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir”, - deyə Özbəkistan Prezidenti qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri