Icma.az
close
up
RU
Özbəkistan səfərim

Özbəkistan səfərim

Icma.az bildirir, 525.az portalına istinadən.

Çoxdan arzuladığım gün gəlib çatdı. Öyrəndim ki, “Dünya Türklərinin Koordinasiya Mərkəzi”, Türk dünyasının şair, yazıçılar və sənətçilərinin 6-cı toplantısı Özbəkistanda keçirilək. Bunu qrup rəhbərimiz, dəyərli türkoloq İlqar Türkoğlundan eşidəndə çox sevindim. Çünki mən də bu toplantıya dəvət almışdım.

Builki toplantı Özbəkistanın dahi şairi və dövlət xadimi Əlişir Nəvainin 585 illiyinə və Özbəkistanın dövlət himninin müəllifi, Özbəkistanın Xalq şairi, xalq qəhrəmanı Abdulla Oripovun 85 illik yubileyinə həsr olunmuşdu. 

Mən hələ orta məktəbdə oxuduğum illərdə Özbəkistanın tarixi haqqında oxuyanda bu ölkəyə marağım yaranmışdı. O zaman Rus dili müəllimimiz bizə deyirdi ki, rus dilini bilməsək, Laçından o yana keçə bilmərik. Mən sual etdim ki, niyə? Müəllim bildirdi ki, bizim dilimiz demək olar ki, heç yanda işlənmir. Bu söz mənə çox pis təsir etmişdi. Elə o zamandan bizim dilimizdə danışan dövlətlər və millətlər axtarırdım.

Bir də ki, o zaman özbəkləri bizə türk kimi yox, hətta düşmən kimi təbliğ edirdilər.

İndi Türk dövləti olaraq Özbəkistana getməyim, bu ölkə ilə daha yaxından tanış olmaq fürsətim mənim üçün ikiqat bayram idi.

Özbəkistan Respublikası Orta Asiyada yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (Amudərya və Sırdərya çayları arasında) məskunlaşması prosesi hələ qədim dövrlərdən başlanmışdır.

Özbəkistan Böyk İpək yolunun üstündə yerləşir. Özbəkistan şimaldan Qazaxıstan, şimal-şərqdə Qırğızıstan, cənub-şərqdə Tacikistan, cənubda Əfqanıstan, cənub-qərbdə isə Türkmənistanla həmsərhəddir. 

Özbəkistanın paytaxtı və ən böyük şəhəri Daşkənd şəhəridir, ümumi sahəsi 448,978 kvadratkilometr, əhalisinin sayı 35 milyon nəfərdən çoxdur. Əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yeri tutur.

Daşkənd şəhəri Orta Asiyanın ən qədim və ən böyük şəhərlərindən biri olaraq, təkcə Özbəkistanın paytaxtı deyil, həm də Türk və İslam sivilizasiyasının, tarix və müasirliyin vəhdətində özünəməxsus mövqeyə malikdir. Daşkənddə yüzlərlə qədim və müasir memarlıq nümunəsi, islam, xristian və yəhudi dini abidələri qorunub saxlanılır. Həzrət-İmam kompleksi, Barak-xan mədrəsəsi, Şeyx Zəynəddin məscidi, Çorsu bazarı, Kukeldaş mədrəsəsi, Xalqlar Dostluğu meydanı və digər abidələr şəhərin simvoluna çevrilib. Qədim şəhər divarları, karvansaralar, orta əsr hamamları, minarələr və türbələr buraya gələn hər bir insan üçün zəngin tarix və mədəniyyət dərsidir.

Biz Daşkənddə Özbəkistanın Xalq şairi, dövlət xadimi, dövlət himninin sözlərini yazan Abdulla Oripovun anadan olmasının 85-ci il dönümünə həsr olunmuş tədbirlə əlaqədar onun ev-muzeyində olduq.

Burada böyük şairin ailə üzvləri, həyat və yaradıcılığı ilə tanış olduq.

Və mən Abdulla Oripova həsr etdiyim şeiri oxudum (Onu da qeyd edim ki, mən bu şeiri onun həyatı və yaradıcılığı haqqında öyrənəndən sonra mövzunu onun həyat və yaradıcılığından almışam)

Abdulla Oripov 

Şeirin işığın qəlblərə saldın,
Əlişir Nəvaindən dərsini aldın.
Xalqının yadında əbədi qaldın,
Həm alim, müəllim, şair Abdulla.

"Xalqlar Dostluğu" ordeni aldın,
O, dahi Hamzanı yadlara saldın.
"Şərəf nişanın" da, vaxtında aldın.
Həm dövlət xadimi, şair Abdulla.

Hər zaman qardaşlıq mövzusu saldın,
Başqa millətlərin könlünü aldın.
Onçün də "Dostluq" medalı aldın,
Həm alim, müəllim, şair Abdulla.

İtaliyada "Ulduz " alıb parladın,
Böyük Teymura da dastan bağladın.
"Birinci məhəbbətə" yaman ağladın,
Alimdir, müəllimdir, şair Abdulla.

Oxuyub həyatını fəxr elədim adına,
Bənövşə heyrandır istedadına. 
Rəhmət olsun böyük türk övladına.
Tərcüməçi, alim, şair Abdulla!

Özbəkstan Yazıçılar Birliyində həm Əlişir Nəvainin 585-ci il dönümünə, həm də Abdulla Oripovun 85-ci il dönümünə həsr olunmuş tədbirlərdə iştirak etdik.

Hər iki dahi şəxslərin heykəllərinin önünə əklillər qoyduq.

Şəhərdəki tarixi yerləri ziyarət etdik.

Böyük parkdakı Özbəkistanın dövlət gerbini ziyarət etdik. Gerb haqqında A.Oripovun qızı Şoira xanım çox maraqlı detallari bizə izah etdi.
Daşkənddə 30-dan çox ali məktəb, onlarla elmi-tədqiqat institutu, yüzlərlə məktəb və lisey, elitar texnikumlar, özəl və beynəlxalq məktəblər fəaliyyət göstərir. Daşkənd Dövlət Universiteti, Texniki Universitet, Tibb Akademiyası, Dilçilik Universiteti, Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti kimi tanınmış ali təhsil ocaqları burada yerləşir.

Ta qədimdən bu ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çin, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdi. Tacirlər burada karvansaralarda qalırdılar.

Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir. Özbəkistanda 100 növdən artıq mineral ehtiyat var.

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Nukus, Fərqanə, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, Əmir Teymur və onun nəslinin uyuduğu Gur-Əmir mavzoleyi, Ağ-Saray, Registan meydanının adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var.

Buxaranı gəzəndə, bələdçimizin şəhər haqqında izahatlarını dinlədikcə, abidələri gördükcə bu şeir bədahətən yarandı.

Buxara şəhri

Sorağın eradan əvvəldən gəlir, Yaşının soruşsam, tarixlər bilir.
Zaman çox sirləri yox edir silir.
Zamana qalibsən Buxara şəhri.

Neçə şahlar səndə taxt-tac qurdular,
Düşmənlər önündə məğrur durdular.
Adınla tarixə möhür vurdular,
Zamana qalibsən Buxara şəhri.

İbin Sina kimi həkim yetirdi,
İmam Buxarini dindar gətirdi,
Nərsahi tarixə yazıb ötürdü 
Zamana qalibsən Buxara şəhri.

Siyasi tarixdə var Heydər xanın,
Yolunda Nəsrulla xan qoydu canın.
Məhəmməd Alim xan sonucu xanın,
Zamana qalibsən Buxara şəhri.

Bənövşə heyrandır sənin adına,
Yüz qırx abidənlə salar yadına.
Əhsən sənin alim, xan övladına,
Zamana qalibsən Buxara şəhri!

Özbəkistan dünyaya bir çox alimlər və tarixi şəxsiyyətlər bəxş etmişdir. Daşkənddən sonra Səmərqəndin ziyarətinə getdik. Biz Səmərqənddə möhtəşəm abidələri ziyarət etdik. Uzun illər boyu görmək istədiyimiz Əmir Teymurun məqbərəsini ziyarət etdik.

Əmir Teymur (Tamerlan) – XIV əsrdə yaşamış məşhur Türk-Monqol sərkərdəsi və Teymurilər imperiyasının qurucusu.

Səmərqənd şəhərini imperiyasının paytaxtı edərək oranı mədəniyyət mərkəzinə çevirmişdir.

Bibixanım məscidi: Şərqin ən böyük məscidlərindən biri olub, Əmir Teymur tərəfindən tikilmişdir.

Gur-Əmir türbəsi: Əmir Teymurun və onun sülaləsinin dəfn olunduğu mavzoley ecazkar mavi günbəzi və zəngin interyeri ilə seçilir.

Şahi-Zinda kompleksi: Əsrlər boyu tikilmiş müxtəlif məqbərələrdən ibarət olan, bəzəkli çiniləri ilə məşhur müqəddəs və tarixi küçədir.

Uluqbəy rəsədxanası: XV əsrə aid olan bu tarixi məkanda orta əsrlərin ən böyük astronomik kəşfləri edilmişdir.

Mənim ən çox sevdiyim Uluqbəy Mirzədir və mən onu, ona görə çox sevirəm ki, Uluqbəyi həmişə elmin təbliğatçısı və yaradıcısı olub. Mirzə Uluqbəy XV əsrin hökmdarı, astronom və riyaziyyatçı. Səmərqənddə qurduğu nəhəng rəsədxana ilə orta əsrlər astronomiyasında inqilab etmişdir.
Uluqbəy haqqında kitablar yazmaq olar. Mən isə sadəcə qısa məlumatı yazıram.

Siyab Bazarı: Şəhərin ən qədim və canlı bazarıdır; burada Səmərqənd çörəyi, ədviyyatlar və şirniyyatlar satılır.

Əbu Əli İbn Sina (Avicenna) - Orta əsrlərin dahi həkimi, filosofu və alimi. Yazdığı "Tibb qanunları" əsəri əsrlər boyu Avropa universitetlərində əsas dərslik kimi istifadə olunmuşdur.

Məhəmməd Əl-Xarəzmi – IX əsrdə yaşamış riyaziyyatçı, astronom və coğrafiyaşünas. Cəbr elminin əsasını qoyan və alqoritm anlayışını elmə gətirən "cəbr" sözünün yaradıcısıdır.

Əlişir Nəvai – XV əsrdə yaşamış dahi şair, filosof və dövlət xadimi. Çağatay dilində (köhnə özbək dilində) yazdığı əsərlərlə özbək ədəbiyyatının banisi hesab olunur. Əmir Teymurun paytaxt şəhəri etdiyi Səmərqənd öz tarixi abidələri və gözəlliyi ilə görənləri məftun edir. Tarixi abidələrdən xüsusi ilə Əmir Teymurun məqbərəsinin 500 il əvvəlki kimi qorunub saxlanması ziyarətçiləri heyran edir.

Baxanlar məqbərələrin, məscidlərin bəzəklərinin necə incə zövq ilə işləndiyinə məftun olurlar.

Səmərqənddəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. 

Registan meydanı – Orta Asiya Türk memarlığının nadir nümunələrindən biridir. Əsası XV əsrdə Uluqbəy tərəfindən qoyulan, üzəri möhtəşəm kaşılarla bəzədilmiş nəhəng qapılara malik 3 ayrı mədrəsənin əhatə etdiyi bir sahədir.

Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Bizdə Özbəkistanı gəzdikcən bələdçimizin və Şoirə xanım Oripovanın göstərib izah etdiyi tarixi abidələr haqqında, Özbəkistanın tarixi haqqında danışıqları dinlədikcə mən Özbəkistanın bir türk dövləti olaraq necə böyük möhtəşəm tarixi olduğu üçün fəxr etdim.

Və elə orada Özbəkistana bu şeiri həsr etdim.

Özbəkistan 

Dünyada məşhurdur "Daş qala", "Daşkənd"
İpək yolu üstə dayanan bir sədd.
Qədimdə səsləndin "Şaş şəhər", Daşkənd,
Həm qədim, müasirsən Özbəkistan. 

Mahmud Kaşğari də alim ad aldı,
Əl Biruni səni xəritəyə saldı.
Çox yenilik edib tarixdə qaldı,
Ulusan, qədimsən, sən Özbəkistan!

Alimlər yetirdi Buxara, Səmərqənd,
Xarəzmdə yarandı Akadem qarət.
Ulular mərkəzi oldu məmləkət,
Qədimsən, özəlsən, sən Özbəkistan!

Uluqbəy oxudu kamil dərs aldı.
Elmlə hər tərəfə özü səs saldı,
Rəsədxana tikdi, göyə ucaldı.
Dahilər vətəni sən Özbəkistan!

Çox elmdə Xoca Əhməd Yasəvi,
Əsər yazdı xalqı onu görməli.
Tarix yazdı hamı onu bilməli,
Alimlər yurdusan, bil Özbəkistan!

Dünyaya Teymur xan özü səs saldı,
Çoxlu torpaqları döyüşüb aldı.
Həştərxandan Çinə qılıncın çaldı,
Teymurun vətəni sən Özbəkistan.

Bənövşə heyrandır gözəlliyinə,
Məscidlərin şahid durur dininə. 
Xəbər verən yoxdur neçə sininə?
Eradan əvvəldən var Özbəkistan!

Özbəkistanda məni təkcə tarixi abidələr, dahi şəxsiyyətləri deyil, onun gözəl yeni tikililəri, parkları, ən çoxu isə küçələrin genişliyi, təmizliyi heyran etdi. Geniş küçələrdə qovaq və başqa ağaclar var idi. Onların gövdələrinə və hündürlüyünə baxanda düşündüm ki, bu ağacların yaşı bəlkə də yüz illiklədir. Mən elə böyük ağacları yalnız Laçında Hacısamlı meşələrində görmüşdüm.

Biz Özbəkistana və özbək xalqına sülh, əmin-amanlıq diləyib yenidən görüşmək arzusu ilə ayrıldıq.

Özbəkistandan isə könlümüz və gözümüz dolusu xoş xatirələr, bir də dostlarla çəkdirdiyimiz şəkilləri gətirdik.

Bənövşə Daşdili (İbadzadə)

Azərbaycan Yazıçılar Birliyinin üzvü


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyun 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see265

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see249

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see240

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see239

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see233

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see233

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see226

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see220

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see215

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see213

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see212

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see205

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see203

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see201

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see198

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see190

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see185

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see180

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see175

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri