Icma.az
close
up
RU
Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb

Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli sərəncamına uyğun olaraq, Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə onun ədəbi irsinin təbliği məqsədilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.

APA xəbər verir ki, auditoriyanın rəsmi açılış mərasimindən sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Azərbaycan ilə Özbəkistan arasında qədim tarixi köklərə əsaslanan mədəni, ədəbi, elmi və iqtisadi əlaqələrin inkişaf dinamikasına toxunub.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uzaqgörən və məqsədyönlü siyasəti, eləcə də aralarında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və bütün sahələr üzrə əməkdaşlığın bu gün ən yüksək səviyyəyə çatmasına mühüm töhfə verdiyini xüsusi qeyd edib.

A.Marifli, Azərbaycan dövlətinin ədəbi və tarixi irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi siyasətə toxunaraq bildirib ki, ölkə başçısı tərəfindən görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair mütəmadi olaraq sərəncamlar imzalanır. Bu kontekstdə o, Prezident İlham Əliyevin klassik Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı imzaladığı sərəncamı diqqətə çatdırmış və auditoriyanın yaradılmasının məhz bu yubiley çərçivəsində reallaşdırıldığını bildirərək, bu kimi təşəbbüslərin ortaq mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib.

Yaradılmış auditoriyanın təkcə tədris otağı kimi deyil, eyni zamanda Azərbaycan mədəniyyətini öyrənmək üçün bir elmi-tədqiqat mərkəzinə çeviriləcəyini, burada tədbirlərin, kitab təqdimatlarının, seminarların, mühazirələrin təşkil ediləcəyini və ən əsası da gələcəkdə Azərbaycan dili və ədəbiyyatının tədrisini nəzərdə tutularaq yaradıldığını vurğulayıb.

Daha sonra çıxış edən Kokand Dövlət Universitetinin birinci prorektoru Noqara Qadirova Azərbaycanın görkəmli şairi, maarifçi mütəfəkkiri Seyid Əzim Şirvani adına xüsusi auditoriyanın açılış təşəbbüsünü Özbəkistan və Azərbaycan arasındakı möhkəm dostluq, mədəni-maarif əlaqələrinin praktik təzahürü kimi qiymətləndirib, belə bir mərkəzin onların universitetində yaradılmasını iki xalq arasındakı tarixi və mənəvi bağların aktuallığı, xüsusilə gənc nəslin qarşılıqlı elmi mübadilə çərçivəsində təlim-tərbiyəsindəki əhəmiyyətində xüsusi rol oynayacağını vurğulayaraq buranın həmçinin elmi-praktik dərslərin və mənəvi-maarif tədbirlərinin keçiriləcəyi mühüm bir məkan kimi fəaliyyət göstərəcəyini də qeyd edib.

Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış sözügedən auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, “Heydər Əliyev Fondu”nun rəhbəri Mehriban xanım Əliyevanın həyatı, mədəni, siyasi, fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb. Auditoriyada Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığına dair materiallar, elmi mənbələr, fotoşəkillər və şairin yaradıcılığından nümunələr yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri