Özbəkistana turist axını artıb
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Özbəkistan zəngin tarixi irsi, inkişaf edən turizm infrastrukturu və açıq turizm siyasəti sayəsində Mərkəzi Asiyanın ən cəlbedici turizm istiqamətlərindən birinə çevrilir.
AZƏRTAC Uza informasiya agentliyinə istinadla xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkəni 6,5 milyondan çox xarici turist ziyarət edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz artım deməkdir.
Məlumata görə, turistlərin əsas hissəsi Qırğızıstan, Qazaxıstan və Tacikistandan gəlib. Rusiya, Əfqanıstan və Çindən gələn ziyarətçilərin sayının artması isə Özbəkistanın beynəlxalq turizm bazarında mövqeyinin gücləndiyini göstərir.
Ekspertlər turist axınının artmasını vizasız rejimin genişləndirilməsi, yeni aviareyslərin açılması, otel infrastrukturunun inkişafı və Səmərqənd, Buxara, Xivə kimi tarixi şəhərlərə marağın artması ilə əlaqələndirirlər.
Özbəkistan hazırda mədəni turizmlə yanaşı, qastronomik, ekoloji, tibbi və biznes turizmi istiqamətlərini də inkişaf etdirir.
Baxış sayı:99
Bu xəbər 17 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















