Icma.az
close
up
RU
Özbəkistanda Ağalarova qarşı yazıların arxasında Kreml durur?

Özbəkistanda Ağalarova qarşı yazıların arxasında Kreml durur?

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Özbəkistanda “Sea Breeze” layihəsinin Çarvak bölgəsində həyata keçirilməsi ölkə ictimaiyyəti və iqtisadi ekspertlər arasında ciddi suallar doğurub.

“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, layihəyə etirazların ictimaiyyətə çatdırılmasında iqtisadçı Otabek Bakirovun çıxışları və yarımmüxalif Anhor.uz platformasının yayımladığı videolar mühüm rol oynayıb.

İddialara görə, layihənin reallaşması üçün Emin Ağalarova 5 milyard dollar dəyərində kredit verilməsi, 577 hektar torpaq sahəsinin ayrılması, yolların, körpülərin və digər infrastrukturun isə dövlət büdcəsi hesabına tikilməsi nəzərdə tutulub. Ən çox tənqidə səbəb olan məqam isə odur ki, gəlir müəyyən faizlə Ağalarovlara çatacaq, ancaq mümkün risk və zərərlərin yükünü Özbəkistan dövləti daşıyacaq. Özbəkistandakı bir sıra ictimai xadimlər və media təmsilçiləri bu müqavilə modelini ədalətsiz hesab edirlər.

Sayt yazır ki, bu cür iddiaların qaldırılması və yönləndirilməsi ədalətsizdir. Böyük ehtimalla, bu ajiotajın arxasında Rusiya dayanır. Çünki hazırda Kreml Azərbaycanla qarşıdurma mərhələsində ölkəmizə yaxın hər kəsi hədəfə götürüb. Həmçinin “Crocus” şirkətlərinin sahibləri Ağalarovlar da ciddi şəkildə hədəfdədirlər.

Bu şirkətə qarşı həyata keçirilən qanlı terrorun məhkəməsindən istifadə edib, Araz Ağalarova təzyiq rıçağı yaradırlar.

Eminin bu tip irimiqyaslı layihələri həyata keçirməkdə böyük təcrübəsi olduğu danılmaz faktdır. O, artıq Azərbaycanın Abşeron yarımadasında, Nardaran kəndi ərazisində 1500 hektardan çox sahədə yerləşən “Sea Breeze” istirahət kompleksi layihəsini uğurla icra etməkdədir. Bu zona Bakı üçün yalnız turizm deyil, həm də urbanizasiya və sosial infrastruktur baxımından mühüm bir cazibə mərkəzinə çevrilib.

Ağalarovların brendi artıq təkcə Azərbaycanla məhdudlaşmır – Özbəkistandakı layihənin ardınca Türkiyənin Bodrum şəhərində də analoji turizm və yaşayış kompleksi layihələndirmə mərhələsinə qədəm qoyub. Bu fakt Ağalarovun artıq beynəlxalq miqyasda tanınan və tətbiq edilə bilən bir layihə modelinə sahib olduğunu göstərir.

Bu baxımdan, Emin Ağalarovun Özbəkistandakı “Sea Breeze” layihəsinin öhdəsindən gələcəyi qənaəti reallığa uyğundur. Çünki bu iş adamı artıq Azərbaycan təcrübəsində sübut edib ki, turizm infrastrukturu qurmaq, əraziləri cazibədar məkana çevirmək və böyük layihələri sıfırdan inşa edib uğurla idarə etmək bacarığına malikdir.

Gözləntilər ondan ibarətdir ki, Özbəkistan hökuməti bu layihə ilə bağlı şəffaflığı təmin edəcək, həm ictimaiyyəti, həm də investisiya mühitini razı salacaq balanslı model təqdim edəcək.

Eyni zamanda, Özbəkistan mediası da kənar təsirlərdən çıxaraq, Azərbaycan əsilli iş adamına və Abşeron markası olan “Sea Breeze” layihəsinə obyektiv yanaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri