Icma.az
close
up
RU
“Özbəkistanda ali təhsilin kütləviləşdirmə mərhələsi Azərbaycandan sürətlə gedib...” EKSPERT

“Özbəkistanda ali təhsilin kütləviləşdirmə mərhələsi Azərbaycandan sürətlə gedib...” EKSPERT

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Azərbaycan və Özbəkistanın ali təhsil sistemləri: fərqli məqamlar...

“Bizim  ali təhsil sistemi nəinki Avropa və  Amerikadan, hətta region ölkələrinin  ali təhsilindən də xeyli geri qalır...”

“Özbəklərdə  belə bir model var: Dünya universitetini ölkəyə gətir, onun idarəetmə və akademik mədəniyyətini yerli sistemə daxil et…”

"Elmi potensialda Özbəkistan xeyli irəlidədir.   Burada Azərbaycanın diqqətlə öyrənməli olduğu məsələlər var..."

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Azərbaycan və Özbəkistanın ali təhsil sistemləri: fərqli məqamlar...” başlıqlı növbəti elmi analitik məqaləsinin 1-ci hissəsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Azərbaycan və Özbəkistanın ali təhsil sistemlərini müqayisə etmək geniş tədqiqat tələb edir.  Elm və Təhsil Nazirliyinə  belə elmi tədqiqatlar sərf etmədiyi üçün heç vaxt belə tədqiqatlar aparılmayıb.  Resurs azlığı səbəbi ilə bu mövzu şəxsi təşəbbüslər kimi də heç diqqət cəlb etməyib. Olan təşəbbüslər də heç  vaxt  dəstəklənməyib. 

Biz müxtəlif vaxtlarda   Azərbaycan-Türkiyə, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Özbəkistan ali təhsil  sistemlərini müqayisəli təhlil etmişik. Nəticələr heç də yaxşı deyil. Bizim  ali təhsil sistemi nəinki Avropa və  Amerikadan, hətta region ölkələrinin  ali təhsilindən də xeyli geri qalır...

Ali təhsil sistemlərini müqayisə edərkən təkcə universitetlərin sayı və tələbə kontingentinə baxmaq kifayət deyil.  Əsas fərq dövlətin ali təhsilə yanaşması, maliyyələşmə səviyyəsi,  ali təhsildə kütləviləşmə sürəti, beynəlxalqlaşma, universitet muxtariyyəti, elmi-tədqiqat siyasəti və əmək bazarı ilə əlaqədə daha aydın görünür.

Azərbaycan və Özbəkistan ali təhsilinin təhlilini 2025–2026-cı illərin mövcud məlumatları əsasında aparırıq.

Azərbaycan və Özbəkistan ali təhsil sistemlərinin  iki fərqli transformasiya modeli…

Əvvəlcə əsas rəqəmlərə diqqət edək:  Özbəkistanın 38 milyon  əhalisi, 222 ali məktəbi  və  1,6 milyon tələbəsi var.  Xarici universitet və filialların sayı  30, qeyri- dövlət universitetlərinin  sayı 99-dur…

Azərbaycanın 2025/26-cı ildə bakalavriat üzrə qəbul planı 63 025 yer, faktiki qəbul isə 60 860 nəfər olub. 2024/25-ci ildə isə bakalavriat, magistratura və doktorantura üzrə qəbul birlikdə 74 112 nəfər təşkil edib. 

Bu rəqəmlərdən bəzi ilkin  nəticələrə gələ bilərik: Özbəkistanda ali təhsilin kütləviləşdirmə mərhələsi Azərbaycandan sürətlə getmişdir.  Azərbaycanda isə proses  daha kiçik sistem daxilində keyfiyyət, beynəlxalqlaşma və seçilmiş universitetlərin gücləndirilməsi istiqamətində gedir.

 Özbəkistan modelinin üstünlüyü kütləvi ali təhsildir…

Özbəkistan son 10 ildə ali təhsili çox sürətlə genişləndirib. 2017-ci ildən tələbə sayı təxminən 6 dəfə artaraq 1,6 milyona yaxınlaşıb və ali təhsilin ümumi əhatə səviyyəsi 44%-dən çox  qalxıb. 2025-ci ildə ölkədə 222 ali təhsil müəssisəsi fəaliyyət göstərdi.   

Özbəkistan  dövlət universitetlərini genişləndirir, özəl universitetlər yaradır, universitetləri ölkəyə gətirir, filiallar açır, distant təhsili genişləndirir,  birgə proqramlar yaradır,  beynəlxalq akkreditasiyanı artırır.

2025-ci ildə distant təhsil proqramları təklif edən ali məktəblərin sayı  52-yə yüksəlib. Magistratura üzrə də distant formatların tətbiqi nəzərdə tutulub. Bu, Azərbaycan üçün çox  yaxşı təcrübədir…

Özbəkistanın ən radikal addımı  xarici universitetləri ölkəyə gətirməkdir. Bu sahədə Özbəkistanın strategiyası diqqətəlayiqdir.    2024/25-ci ildə Özbəkistanda 30 xarici universitet fəaliyyət göstərirdi. 

2025-ci ilin rəsmi  məlumatında ölkədə  32 xarici universitet və filialının olduğu bildirilir. Həmçinin 9 TOP-500 xarici universitetlə razılaşmalar əldə olunub və 17 birgə təhsil proqramına qəbul kvotaları müəyyənləşdirilib. 

Onlarda  belə bir model var: Dünya universitetini ölkəyə gətir, onun idarəetmə və akademik mədəniyyətini yerli sistemə daxil et… Azərbaycan isə "daha çox  tələbəni xaricə göndər” modelindən istifadə edir.

Azərbaycanın Dövlət Proqramı faydalıdır, amma strateji baxımdan bu iki model arasında fərq böyükdür.

Birinci model insan kapitalının ixracını və bəzilərinin nə vaxtsa geri qayıtmasını, ikinci model  isə idarəetmə  texnologiyasının ölkəyə transferini sürətləndirir.

Azərbaycan üçün optimal model ikisinin sintezi  ola  bilərdi. 

Ali təhsilin beynəlxalqlaşmasında Özbəkistan daha fəaldır…

Özbəkistanda beynəlxalq tələbələrin sayı 2025-ci ildə 20 minə çatıb. Eyni zamanda 6200 akademik heyət üzvü xaricdə ixtisasartırma keçib, 3 859 xarici professor və müəllim ölkənin ali məktəblərinə cəlb olunub. Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində dünyanın 105 ölkəsindən 10 min əcnəbi təhsil alır… 

Əhali fərqini nəzərə alsaq, bu pis nəticə deyil, amma nəzərə alaq ki,  Türkiyə ilə müqayisədə (əhali sayı da nəzərə alınmaqla) bu 6 dəfə azdır. 

Özbəkistan strategiyası sistemli görünür: "xarici  universitet + xarici  professor + ikili diplom + beynəlxalq akkreditasiya + beynəlxalq təcrübə" bir-birini tamamlayan mexanizmdir.

Elmi potensialda Özbəkistan xeyli irəlidədir.   Burada Azərbaycanın diqqətlə öyrənməli olduğu məsələlər var...

2024-cü ilin birinci yarısında Özbəkistanın dövlət ali məktəblərində 40 min  professor-müəllim çalışırdı,  onların 18 mini elmi dərəcəli idi. Rəsmi göstəricidə elmi potensial 44% göstərilir. Bu ciddi rəqəmdir.  Çünki universitetin tədqiqat universitetinə çevrilməsi üçün "professor → tədqiqatçı → qrant → laboratoriya → məqalə → patent → texnologiya → şirkət" zənciri qurulmalıdır.

Azərbaycanın problemi isə uzun müddət tədris universiteti ilə tədqiqat universitetinin fərqləndirilməməsi olub...

Universitetlərin hamısından eyni vaxtda bakalavr, magistr, doktorantura,  fundamental tədqiqat, tətbiqi tədqiqat,  innovasiya, beynəlxalq reytinq  tələb etmək düzgün deyil. Digər  problem Özbəkistandan və Qazaxıstandan fərqli olaraq bizdə universitetlərə və alimlərə qrantların verilməməsidir.  

Son illər ETN-nin “STEAM” layihəsinə və özəl uşaq bağçalarına ayırdığı səmərəsiz və şübhəli investisiyasının 10 mislini universitetlərə yönəltsə, bəlkə uzaq gələcəkdə bizdə də tədqiqat universitetləri və innovasiyalar yarana bilər.

Azərbaycan modelinin əsas problemi sistemin həddən artıq mərkəzləşdirilməsidir…

Azərbaycanın 2013-cü il "Təhsil Strategiyası"nda universitetlərə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi ayrıca hədəf kimi müəyyən edilmişdi. Bu düzgün yanaşma idi. Amma strateji sənəddə yazılan muxtariyyətlə real muxtariyyət arasında ciddi fərq var…

Əsl universitet muxtariyyəti rektorun inzibati  müstəqilliyi,  akademik proqramların formalaşdırılması,  professor seçimi, maliyyə qərarları (yəni, zorla ETN-nin yaratdığı  TİF Fonduna ödəniş edilməsin), tədqiqat prioritetləri, beynəlxalq əməkdaşlıq, əmək bazarına uyğun proqramların açılması üçün real qərarvermə səlahiyyəti deməkdir.

Bu baxımdan Azərbaycan qarşısında hələ ciddi təşkilati transformasiya dayanır.

Qəbul sistemində  iki ölkənin fərqli problemləri var…

Azərbaycanda ali məktəbə qəbul daha mərkəzləşdirilmiş və standartlaşdırılmış modelə əsaslanır. Bu modelin üstünlüyü  şəffaflıq və müqayisəlilikdir. Mənfi tərəfi  universitetlərin tələbə seçimi və akademik profil yaratmaq imkanlarının məhdud olmasıdır…

Özbəkistanda isə son illərdə qəbul və maliyyələşmədə diferensial mexanizmlər genişləndirilir. 2025/26-dan qəbul üçün  dövlət qrantlarının differensial bölüşdürülməsi mexanizmi tətbiq edilib. 

Azərbaycan üçün də gələcəkdə mərkəzləşdirilmiş seçim + universitet səviyyəsində əlavə seçim  kombinasiyası nəzərdən keçirilə  bilər…

Distant və hibrid təhsil…

Özbəkistanın bizdən  ciddi üstünlüyü budur ki, distant təhsili sürətlə genişləndirir.   2025-ci ildə distant proqramlar təklif edən universitetlərin sayı 52-yə yüksəlib.  Azərbaycanda  isə bu sahədə tam  durğunluqdur. Bu, xüsusilə Sİ dövründə ciddi məsələdir.  Çünki gələcəyin universiteti   "kampus + LMS + bulud + Sİ tutor + online kurs + hibrid təlim"  kombinasiyasıdır.

Azərbaycanın rəqəmsal universitet modelini sürətləndirməsi də çox vacibdir…

İki ölkənin ali təhsili arasında ən böyük fərq transformasiya sürətindədir. Bu iki sistemi belə xarakterizə etmək olar:  Özbəkistan "sistemi sürətlə genişləndirək, dünyaya açaq,  keyfiyyəti dərinləşdirək" modelinə,  Azərbaycan isə  “mövcud sistemi seçilmiş istiqamətlər üzrə beynəlxalq standartlara yaxınlaşdıraq və keyfiyyəti yüksəldək” modelinə  üstünlük vermişdir.  Bu iki strategiyanın hərəsinin öz  üstünlüyü  var.

Universitet muxtariyyəti və  tədqiqat universitetləri baxımından hər iki sistemdə ciddi problemlər var.

Azərbaycan Özbəkistandan nə öyrənə bilər?..

(Davamı var)

Müəllif: dosent İlham Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Avqust 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri