Icma.az
close
up
RU
Özbəkistanda Birinci Avropa İttifaqı Mərkəzi Asiya Sammiti işə başlayıb

Özbəkistanda Birinci Avropa İttifaqı Mərkəzi Asiya Sammiti işə başlayıb

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistanın tarixi Səmərqənd şəhərində Birinci Avropa İttifaqı (Aİ)-Mərkəzi Asiya Sammiti öz işinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi və Səmərqənddəki konqres mərkəzində keçirilən toplantıda Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Qırğızıstan Prezidenti Sadir Çaparov, Tacikistan Prezidenti Emomali Rəhman, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Avropa İttifaqı Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və beynəlxalq maliyyə qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Mirziyoyev bildirib ki, əsrlər boyu Böyük İpək Yolu marşrutunun qovşağında yerləşən və Şərqlə Qərb arasında mühüm dialoq, sivilizasiya, diplomatiya, ticarət və mədəni mübadilə mərkəzi olan Səmərqənddə keçirilən bu görüş dinamik və gözlənilməz qlobal proseslərin cərəyan etdiyi bir mühitdə baş tutub.

Mirziyoyev ifadələrində deyib:

"Bu gün biz geosiyasi gərginliyin, təhlükəsizlik çağırışlarının, böyük regional münaqişələrin və davamlı inkişafa sosial-iqtisadi təhdidlərin artmasının şahidi oluruq. Aydındır ki, genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmadan heç bir regionun belə mürəkkəb problemləri müstəqil həll etmək imkanı yoxdur. Bu kontekstdə Mərkəzi Asiya və Avropa İttifaqının ənənəvi tərəfdaş olduğunu vurğulamaq istərdim".

Ukrayna üçün başladılan həll prosesini dəstəklədiklərini qeyd edən Mirziyoyev, "Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həlli üçün danışıqlar prosesinin başlanmasını alqışlayır və tam dəstəkləyirik. Çox mürəkkəb və çətin məsələlərin həll edilməsinin lazım olduğunu bilirik, lakin diplomatik səylər və siyasi həlldən başqa alternativ görmürük" deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri