Icma.az
close
up
RU
Özbəkistanda BMT nin Dövlət Qulluğu Forumu keçirilir

Özbəkistanda BMT nin Dövlət Qulluğu Forumu keçirilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dövlət Qulluğu Forumu keçirilir.

AZƏRTAC “Gazeta.uz” nəşrinə istinadla xəbər verir ki, Özbəkistan Prezident Şavkat Mirziyoyev BMT forumunun iştirakçılarına təbrik məktubu göndərib. O, Özbəkistanda Dövlət Qulluğunun Rəqəmsal Transformasiyası üzrə Qlobal Bilik Mərkəzinin və Beynəlxalq Gənc Liderlər Məktəbinin yaradılması təşəbbüslərini dəstəkləməyə çağırıb.

BMT-nin Dövlət Qulluğu Forumu Mərkəzi Asiyada ilk dəfədir keçirilir. İyunun 23-də - BMT-nin Dövlət Qulluğu Günündə Səmərqənddə işə başlayan bu mötəbər tədbir iyunun 25-dək davam edəcək. Tədbirdə BMT, digər beynəlxalq təşkilatlar və xarici ölkələrdən 400-ə yaxın nümayəndə iştirak edir.

Builki tədbir “2030-cu ilə qədər beş il: Davamlı gələcək üçün dövlət xidmətlərinin sürətləndirilməsi” mövzusunda keçirilir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tədbir iştirakçılarına müraciətində dövlət idarəçiliyinin rəqəmsal transformasiyası, bu sahədə innovativ həllərin tətbiqi, liderliyin inkişafı, fasiləsiz təhsilin genişləndirilməsi və gələcək liderlərə lazım olan bacarıqların müəyyənləşdirilməsi kimi sahələrdə beynəlxalq təcrübə mübadiləsinin aktuallığını vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Özbəkistanda son illər “bu sahənin həqiqi inklüziv dövlət qulluğuna çevrilməsi üçün sistemli islahatlar aparılır. Beynəlxalq ekspertlərlə birlikdə “Dövlət qulluğu haqqında” qanun layihəsi hazırlanıb. “İslahatların hər bir evə çatması üçün məhəllə kontekstində iş sistemi tətbiq edilib, ünvanlı dəstək və sosial müdafiə institutu gücləndirilib. Dövlət idarəçiliyində qadınların xüsusi çəkisi 35 faizə çatıb, bu sahədə ölkəmiz regionda aparıcı yer tutur”, - deyən Şavkat Mirziyoyev vurğulayıb ki, hazırda ölkədə “vahid pəncərə” prinsipi əsasında 700-dən çox dövlət xidməti onlayn rejimdə fəaliyyət göstərir.

Dövlət başçısı əlavə edib ki, dövlət qulluğu və idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması nəticəsində Özbəkistan son bir ildə BMT-nin elektron hökumətin inkişafı üzrə qlobal reytinqində 24 pillə, həmçinin beynəlxalq süni intellektə hazırlıq indeksində 17 pillə yüksəlib. Onun sözlərinə görə, bu təşəbbüslər hökumətlər, innovatorlar və inkişaf tərəfdaşları arasında mübadilənin aktivləşdirilməsi, dövlət qulluqçularının gələcək nəsillərinin maarifləndirilməsi, idarəetmədə və gündəlik həyatda rəqəmsal alətlərdən istifadə edilməsi, dövlət sektorunda innovasiyaların tətbiqi üçün böyük imkanlar açır.

“Əminəm ki, bu forum çərçivəsində belə mühüm təşəbbüslər və təkliflər qəbul olunacaq. Səmərqənd Bəyannaməsində bunlar tam şəkildə öz əksini tapacaq və bu mühüm sənəd inklüziv, davamlı və insan amilinə əsaslanan dövlət qulluğuna nail olmaq üçün birgə fəaliyyət proqramına çevriləcək”, - deyə Şavkat Mirziyoyev təbrikini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri