Icma.az
close
up
RU
Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir

Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 iyun, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə fəaliyyət göstərən Qazaxıstan və Türkmənistan diaspor təşkilatlarının rəhbərləri, eləcə də Türkiyə və Qazaxıstanın Özbəkistandakı səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Qazax Milli Mədəniyyət Mərkəzinin sədri, deputat Serikbay Usenov, Türkmən Milli Mədəniyyət Mərkəzinin sədri, deputat Güldanə Avezdurdiyeva, Qazaxıstanın Özbəkistandakı səfirinin müşaviri Serjan Sersenbayev və birinci katib Oksana Musyurina, Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Hamdi Turşuçu və Türkiyənin Özbəkistandakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin koordinatoru Ahmet Özkan ilə görüşlər keçirilib.

Görüşlərdə türkdilli xalqlar arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ortaq mədəni dəyərlərin təbliği, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin dərinləşdirilməsi, eyni zamanda gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində real təşəbbüslər müzakirəsi olunub.

Görüş zamanı Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Türkiyə xalqları və eləcə də bütün Türk dünyası xalqları arasında mədəni körpülərin möhkəmləndirilməsi, birgə tədbir və layihələrin həyata keçirilməsi üçün strateji əməkdaşlıq mexanizmlərinin yaradılması, ortaq irsinin təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub.

Bundan başqa birgə mədəniyyət günləri- Diaspor təşkilatları və Mədəniyyət Mərkəzi arasında əlaqələrin davamlılığını təmin etmək üçün ortaq əlaqələndirmə qrupu və ya mədəni əməkdaşlıq şurasının yaradılması təşəbbüsü və s. təkliflər irəli sürülüb, müvafiq razılaşmalar əldə edilib.

Görüş iştirakçıları türk dövlətləri arasında ortaq dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən irəli sürülən təşəbbüslər yüksək dəyərləndirilib, tərəflər bu təkliflərin reallaşdırılması istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduqlarını ifadə ediblər.

Qazaxıstan səfirliyinin nümayəndəsi, eləcə də qazax və türkmən diaspor təşkilatlarının rəhbərləri Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirib, bu cür əməkdaşlığın regionda mədəni müxtəlifliyin qorunması, xalqlar arasında qarşılıqlı hörmət və anlaşmanın inkişafı üçün mühüm addım olduğunu bildiriblər. Qeyd edilib ki, tərəflər arasında əldə olunan razılaşmalar gələcəkdə türkdilli xalqlar arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Görüşlərin sonunda iştirakçılar əməkdaşlığın davamlı olması, mütəmadi şəkildə qarşılıqlı görüşlərin təşkili və reallaşdırılacaq layihələrin yaxın günlərdə planlaşdırılması barədə ortaq mövqe sərgiləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri