Icma.az
close
up
RU
Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri AZƏRTAC da olublar

Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri AZƏRTAC da olublar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının aparıcı media təmsilçilərindən ibarət nümayəndə heyəti sentyabrin 29-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. Bu görüş qarşılıqlı informasiya əməkdaşlığının möhkəmləndirilməsi və qardaş ölkələrimizin media qurumları arasında peşəkar əlaqələrin genişləndirilməsi istiqamətində daha bir addımdır.

Görüşdə qonaqlar AZƏRTAC-ın tarixi, strukturu, beynəlxalq əlaqələri, əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb. Agentliyin İdarə Heyətinin üzvü Elşən Şahbalayev çıxış edərək dövlətlərarası media əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

“Bugünkü media dünyası təkcə operativlik deyil, həm də məzmunluluq tələb edir. Biz yalnız xəbərləri yaymaqla kifayətlənmir, həm də ictimai rəyi formalaşdıra, Azərbaycanın milli dəyərlərini və mədəniyyətini beynəlxalq arenada təbliğ edə biləcək məzmun yaratmağa çalışırıq”, - deyə o qeyd edib.

E.Şahbalayev diqqətə çatdırıb ki, AZƏRTAC gündə 8 dildə siyasət və iqtisadiyyatdan tutmuş mədəniyyət və idmana qədər geniş mövzu spektrini əhatə edən 500-dən çox xəbər buraxır. Agentliyin strukturunda 250-dən çox əməkdaş çalışır, dünyanın 24 ölkəsində 25 müxbir məntəqəsi isə beynəlxalq aləmdə baş verən hadisələrin hərtərəfli işıqlandırılmasını təmin edir. AZƏRTAC, həmçinin xarici tərəfdaşlarla da fəal əməkdaşlıq edir, indiyədək 54 ölkənin agentlik və media strukturu ilə tərəfdaşlıq sazişi imzalanıb.

Özbəkistanlı qonaqlar Agentliyin fəaliyyət mexanizmləri, məlumatların seçilməsi və təqdim edilməsi prinsipləri, daxili redaksiya prosesləri ilə maraqlanıblar.

Agentliyin Rus Dilində İnformasiya Baş redaksiyasının Baş redaktoru Nigar Hüseynova bildirib ki, AZƏRTAC ölkədə rəsmi məlumatların əsas mənbəyidir, milli və beynəlxalq media mütəmadi olaraq Agentliyimizə istinad edir. “Biz dəqiqlik, operativlik və qərəzsizlik prinsiplərinə ciddi riayət edirik. Çoxillik təcrübəmiz və peşəkar komandamız sayəsində Agentliyimiz təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da etimad qazanıb”, - deyə N.Hüseynova vurğulayıb.

İkitərəfli əməkdaşlıqdan məmnunluqlarını bildirən Özbəkistan nümayəndə heyətinin üzvləri birgə layihələrin, o cümlədən multimedia layihələrinin inkişafının, təcrübə mübadiləsinin, jurnalistlərin hazırlığı, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.

Sonda qonaqlar redaksiyalarda işin gedişi ilə tanış olub, xəbərlərin və multimedia kontentinin buraxılışı redaksiyalarına baş çəkib, AZƏRTAC-ın jurnalistləri və redaktorları ilə söhbət ediblər. Onlar Agentlikdə işin təşkilinin səviyyəsini yüksək qiymətləndiriblər.

Görüş peşəkar müzakirə şəraitində keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri