Özbəkistanın beynəlxalq axtarışda olan iki vətəndaşı ekstradisiya edildi
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında cinayətkarlığa qarşı mübarizə və hüquqi əməkdaşlıq çərçivəsində növbəti ekstradisiya proseduru uğurla həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri əsasında həmin ölkənin vətəndaşları – 1981-ci il təvəllüdlü Raxmatullo Nomancanoviç Mirzaalimov və 1976-cı il təvəllüdlü Azamatcon Abduqapparoviç Toxtasinovun cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə ekstradisiyası Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
İstintaq materiallarına əsasən, adıçəkilən şəxslər Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, eləcə də ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirləndirilirlər. Bu səbəbdən onlar beynəlxalq axtarışa elan edilmişdilər.
Təqsirləndirilən şəxslər 2026-cı ilin aprel ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq onların ekstradisiyası barədə qərarlar qəbul edilib. Daha sonra təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.
Bu mövzuda digər xəbərlər:Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi
18 Avqust 2025 18:04
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
13 İyun 2025 10:08
Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi
29 Oktyabr 2026 21:26
Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
05 Avqust 2025 15:25
Baxış sayı:162
Bu xəbər 10 İyul 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















