Özbəkistanın qızıl istehsalı 2030 cu ilə qədər 175 tona çatacaq
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan 2030-cu ilə qədər mədənlərdə qızıl hasilatı üçün yeni layihələrə başlayaraq qızıl istehsalını 175 tona çatdıracaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Prezident Şavkat Mirziyoyev deyib.
Dövlət başçısı sənayenin yeni texnoloji səviyyəyə keçirilməsi və əlavə dəyər zəncirinin genişləndirilməsi üçün inkişaf proqramının başlanacağını açıqlayıb.
Proqram çərçivəsində sənayedə əlavə dəyər növbəti beş ildə hazırkı 36,5 milyard dollardan ən azı 60 milyard dollara çatdırılacaq, yüksək və orta-yüksək texnologiyalı sektorlarda istehsal həcmi 2,5 dəfə artacaq.
Dövlət başçısı qeyd edib ki, 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan 52 milyard dollar dəyərində 782 yeni sənaye və infrastruktur layihəsi buna yol açacaq. Gələn il həmçinin 14 milyard dollar dəyərində 228 yeni irimiqyaslı gücün istifadəyə verilməsi planlaşdırılır.
Nəvaidə qızıl mədənlərinin çıxarılması üçün 320 milyon dollarlıq layihə istifadəyə veriləcək və əlavə 2 milyon ton filiz emal olunacaq. Həmçinin, Muruntov mədəninin işlənməsinin növbəti mərhələsi və gümüş mədənlərində 2 milyard 300 milyon dollar dəyərində iri layihələr həyata keçiriləcək.
Nəticədə, illik 18 milyon ton filiz emal gücü yaradılacaq və 2030-cu ilə qədər qızıl istehsalı 175 tona çatacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:2030 cu ilə qədər Özbəkistana səfər edəcək turistlərin sayı 15 milyona çatacaq
15 Oktyabr 2025 21:08
Gəncləşən BƏLA 2030 cu ilə qədər insultdan ölənlərin sayı 5 milyona çatacaq?
21 Yanvar 2025 12:21
2030 cu ilədək qara metallurgiya məhsullarının istehsalının həcmi 7,8 milyon tona çatacaq
20 May 2025 12:22
BEA: 2030 cu ilə qədər kömür istehsalı azalacaq
17 Dekabr 2025 16:30
AİB in ərzaq təhlükəsizliyi üzrə dəstəyi 2030 cu ilə qədər 40 milyard dollara çatacaq
05 May 2025 13:31
Baxış sayı:105
Bu xəbər 27 Dekabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















