Özbəkistanlı futbolçu A Seriyası klubunda ən yaxşı seçilib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Eldor Şomurodov azarkeşlər arasında keçirilən sorğuya əsasən, "Roma"nın aprel ayında ən yaxşı futbolçusu seçilib.
İdman.biz xəbər verir ki, özbəkistanlı futbolçu səsvermədə argentinalı Matias Sule və qapıçı Mile Sviları qabaqlayıb.
Bu, Şomurodov cari mövsümdə ikinci mükafatıdır. O, fevralda da "Roma"da ayın ən yaxşı oyunçusu seçilmişdi.
29 yaşlı forvard apreldə 4 oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib. O, “Yuventus”a vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. “Verona” ilə oyunda yeganə qolu “Roma”ya vacib üç xal qazandırıb. “İnter”lə matçda isə oyundaşı Suleyə verdiyi dəqiq ötürmə ilə komandasının qələbə qolunda pay sahibi olub.
Qeyd edək ki, "Roma" ardıcıl 18 oyundur A Seriyasında məğlub olmur və hazırda 6-cı pillədə qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















