Özcan Dəniz Azərbaycanda: Bakıya gəlməyi uzun zamandı gözləyirdik
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səhnə çox əcaib yerdi, 40 dərəcə hərarətlə səhnəyə çıxdığım günlər yadımdadır.
Lent.az xəbər verir ki, Özcan Dəniz bunu Eyyub Hüseynzadə və təsisçisi olduğu “Anadolu Events”in təşkilatçılığı ilə Bakıda təşkil olunan konsert proqramı zamanı deyib.
“Səhnə həkimlərin sağaltmadığını sağaldır. Ürək infarktı keçirməmişəm, ürək spazması var. Çox yaxşıyam. Bakıya gəlməyi uzun zamandı gözləyirdik. Ürəyim bir yana, böyrəyimi də istəsəydilər, verərdim, bura gələrdim, yenə bu mahnıları oxuyardım”, - tanınmış müğənni əlavə edib.
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçiriləcək konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.
Qeyd edək ki, Eyyub Hüseynzadənin təşəbbüsü ilə “Anadolu Events” indiyə qədər Bakıda Mahsun Kırmızıgül, Sıla, Teoman, Yalın, Aslı Güngör, Kolpa, Ferhat Göçerin konsertlərini təşkil edib. Konsertlərin hər biri anşlaqla yekunlaşıb.
Baxış sayı:116
Bu xəbər 28 Fevral 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















