Özcan Deniz özündən 22 yaş kiçik həyat yoldaşından DANIŞDI: Bizdən olmaz dedim
Lent az saytına istinadən Icma.az xəbər verir.
Tanınmış müğənni Özcan Deniz həyat yoldaşı ilə necə tanış olduqlarını açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, müğənni və aktyor Özcan Deniz aralarında 22 yaş fərqi olan ildə iranlı dizayner Samar Dadgar ilə 2023-cü evlənib.
Uzun müddət davam edən münasibətini "ruh eşqi" ilə izah edən sənətçi əvvəllər bu münasibətə inanmadığını bildirib.
"Çox gənc idi, amma düşüncə baxımından yetkin idi. Hər mövzunu danışa bilirdik, amma yaş fərqinə görə 'olmaz' dedim",- deyə qeyd edən Deniz onu bir gün qarşıma alıb açıq şəkildə bu münasibətin davam edə bilməyəcəyini söylədiyini açıqlayıb. Bu səbəbdən bir müddət yollarını ayırdıqlarını da vurğulayıb.
Sənətçi daha sonra keçmiş həyat yoldaşı ilə yaşadığı çətin dövrdən sonra, illər sonra Samar Dadgardan "Yaxşısan?" mesajı aldığını bildirib. Cavab olaraq "Yaxşı deyiləm" dediyini və bu mesajlaşmadan sonra yenidən əlaqə qurduqlarını bildirib.
"Gəldi və bir daha getmədi. O vaxt 'olmaz' dediyim qadın, indi həyat yoldaşımdır. Həm mənimlə, həm də oğlum Kuzeylə çox yaxşı münasibət qurdu. Can yoldaşı deyilən şey gerçəkmiş" sözləri ilə hisslərini paylaşan sənətçinin açıqlamaları sosial mediada geniş əks-səda doğurub.
Özcan Deniz və Samar Dadgar cütlüyü münasibətlərini ictimaiyyətdən uzaq yaşamağa üstünlük versə də, sənətçinin səmimi etiraflarını minlərlə insan sevgi və hörmətlə qarşılayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















