Icma.az
close
up
RU
Özəl bağçaların ödənişləri ilə bağlı vacib xəbər: Yaxın aylarda... RƏSMİ

Özəl bağçaların ödənişləri ilə bağlı vacib xəbər: Yaxın aylarda... RƏSMİ

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar seçilən özəl bağçalara yerləşdirilirdilər. Belə ki, nazirliyin “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistem tənzimlənirdi. Həmin müəssisələrdə 250 manata qədər vəsait dövlət tərəfindən ödənilirdi. Sözügedən layihə 9 aylıq müqavilə əsasında icra olunduğu üçün artıq avqust ayında müddət başa çatıb. Hazırda qrant müsabiqə əsasında bağçaya qəbul olunan uşaqların taleyi sual altındadır.

Valideynlər ödənişi tam şəkildə ödəməli olacaqlar? Yoxsa layihənin davam etdirilməsi üçün yeni qəbul və ya başqa dəstək mexanizmi hazırlanır?

Globalinfo.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Qurum xatırladıb ki, ötən il müsabiqə çərçivəsində 24 özəl məktəbəqədər təhsil müəssisəsi ilə qrant müqaviləsi bağlanılıb:

Həmçinin oxuyun:

Özəl bağçalara qeydiyyat yenidən başladı

“Əsas məqsəd dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların özəl müəssisələrdəki boş yerlərə cəlb olunması və onların təhsil haqqının müəyyən hissəsinin dövlət hesabına maliyyələşdirilməsi idi. Qrant proqramı çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrinə qəbul olunan uşaqların təhsil haqlarının ödənilməsində 9 ay ərzində hər hansı gecikmə olmayıb”.

Nazirlikdən qeyd edilib ki, ötən il bu proqram vasitəsilə məktəbəqədər təhsilə cəlb olunan uşaqların bir qismi artıq dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib:

“Müəyyən qismi isə məktəb yaşına çatdıqları üçün təhsillərini ümumi təhsil müəssisələrində davam etdirəcəklər. Bununla yanaşı, proqramın səmərəliliyi və yaratdığı müsbət təsirlər nəzərə alınaraq yaxın aylarda onun yenidən elan olunması planlaşdırılır. Övladını qrant proqramı çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrinə yönləndirmək istəyən valideynlər layihə elan edildiyi vaxt qaydalara uyğun şəkildə müraciət edə biləcəklər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri