Icma.az
close
up
RU
“Özəl klinikaların hamısı bağlanmalıdır Azərbaycanda TƏBİB adlı qurum olmamalıdır” + VİDEO

“Özəl klinikaların hamısı bağlanmalıdır Azərbaycanda TƏBİB adlı qurum olmamalıdır” + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tibb Universitetində 25 il kafedra müdiri olmuş 83 yaşlı professor Çərkəz Cəfərov “Bakupost” TV-yə geniş müsahibəsində Azərbaycan səhiyyə sistemindəki əsas problemlər, bu sektordakı çatışmazlıqlar, idarəetmədəki mənfi hallar, eləcə də tibbi təhsilin önəmi ilə bağlı sərt açıqlamalar verib.

Professor qeyd edir ki, 1970-ci illərdə Tibb Universitetində rüşvət anlayışı yox idi, təhsil prosesi yüksək intizam və vicdan üzərində qurulmuşdu. Lakin 1980–90-cı illərdən etibarən rüşvət mexanizmi tədricən təhsil sisteminə də sirayət etdi və bu gün artıq bir çox universitetlər eyni problemlə üzləşir. Ç. Cəfərov deyir ki, tələbəyə elmi yalnız vicdanlı müəllim öyrədə bilər, rüşvət və kommersiya düşüncəsi bu gün Azərbaycan təhsilini tamamilə məhv edib.

Müsahibədə ən çox mübahisə doğuran mövzulardan biri isə özəl xəstəxanalarla bağlıdır. Professor açıq şəkildə bildirir ki, bu klinikaların əksəriyyəti tibbi xidmətdən çox biznes fəaliyyəti ilə məşğuldur. Onun fikrincə, insanlar dövlət xəstəxanalarında müalicə almalı, bütün xərcləri də dövlət qarşılamalıdır. Çünki özəl sektorda bəzən bilikli həkimlərlə yanaşı, kifayət qədər hazırlığı olmayan şəxslər də əməliyyatlar aparır və bu, xəstələrin həyatı üçün ciddi təhlükə yaradır. Ç. Cəfərovun iddiasına görə, özəl tibb müəssisələrinin böyük hissəsi müxtəlif siyasi çevrələrə bağlıdır və bu səbəbdən tam olaraq nəzarətdən kənarda fəaliyyət göstərir. 

"Bu gün özəl xəstəxanaların hamısı biznes mərkəzinə çevrilib. Ancaq bir-birilərinə xəstə paylayırlar. Bu özəl xəstəxanalar hamısı bağlanmalıdır. Azərbaycanda yalnız dövlət xəstəxanası olmalıdır. Çünki bu vətəndaş dövlətindir və o vətəndaşı da dövlət öz hesabına müalicə etməlidir. Bu özəl xəstəxanaların hamısı Millli Məclisdə oturan adamlarındır", -deyə o, qeyd edib.

Professor TƏBİB-in fəaliyyətinə də son dərəcə sərt münasibət göstərir. O bildirir ki, Azərbaycanda Səhiyyə Nazirliyi olduğu halda paralel qurum yaratmaq məntiqsizdir və TƏBİB-in fəaliyyəti səhiyyənin idarəetməsini parçalamaqdan başqa bir şey deyil:"Azərbaycanda TƏBİB adlı qurum olmamalıdır. Səhiyyə Nazirliyi olan yerdə nəyə lazımdır bu qurum? Orada ancaq "pul qırmaq"la məğuldurlar. TƏBİB dərhal ləğv edilməlidir". 

Müsahibədə xaricdə tibbi təhsil məsələsinə də toxunulur. Professor bəzi ölkələrdə, xüsusən də Türkiyədə uzmanlıq təhsilinin daha çox kommersiya yönümlü olduğunu, elmi yanaşmanın isə geri planda qaldığını qeyd edir. O, qeyd edir ki, Türkiyədə uzmanlara elm yox, biznes öyrədilir və onlar hamısı bisavaddır.

Sözügedən müsahibəni təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri