Icma.az
close
up
RU
Özəl sektorda hər 4 nəfərdən biri pərakəndə satış sahəsində işləyir

Özəl sektorda hər 4 nəfərdən biri pərakəndə satış sahəsində işləyir

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu ilin ilk rübünün yekununda Azərbaycanda qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 928 min 74 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 min 278 nəfər və ya 3,7% çoxdur. Belə ki, ötən ilin eyni dövründə özəl sektorda muzdlu işçilərin sayı 894 min 796 nəfər olub.
Qeyd edək ki, özəl sektorda ən çox işçi ticarət sahəsində çalışır. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 329 min 556 nəfər muzdlu işçi fəaliyyət göstərir ki, bu da özəl sektorda çalışanların təxminən 35,5%-ini təşkil edir. Bundan başqa emal sənayesində 118 min 981 nəfər, tikintidə  91 min 643 nəfər, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 81 min 233 nəfər, peşə, elmi və texniki fəaliyyət sahələrində isə 39 min 865 nəfər işləyib.
Sonrakı yerlərdə maliyyə və sığorta fəaliyyəti (34 886 nəfər), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (32 736 nəfər), nəqliyyat və anbar təsərrüfatı (32 000 nəfər) və kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (31 643 nəfər) qərarlaşıb.
Təkcə pərakəndə satış sahəsində 238 min 128 nəfər çalışır. Bu isə qeyri-dövlət sektorunda çalışan bütün muzdlu işçilərin 25,7%-inə bərabərdir. Başqa sözlə, özəl sektorda işləyən hər dörd nəfərdən biri pərakəndə satış sahəsində fəaliyyət göstərir.
İllik müqayisədə işçi sayında ən böyük artım turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində qeydə alınıb. Bu sahədə çalışanların sayı 60 min 215 nəfərdən 81 min 233 nəfərə yüksələrək 21 min 18 nəfər artıb. Artım əsasən içki və yeməklərin satışı ilə bağlı xidmətlər hesabına baş verib.
İşçi sayının artdığı digər əsas sahələr bunlar olub:
Peşə, elmi və texniki fəaliyyət – 3 376 nəfər artım;
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 1 681 nəfər artım;
Təhsil – 2 809 nəfər artım;
Maliyyə və sığorta fəaliyyəti – 1 828 nəfər artım;
Emal sənayesi – 2 285 nəfər artım.
Ən böyük azalma isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Burada muzdlu işçilərin sayı bir ildə 1 864 nəfər azalıb.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 İyul 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri