Icma.az
close
up
RU
Özəl sektorda işləyənlərin sayı Xankəndidə artıb, Laçında azalıb

Özəl sektorda işləyənlərin sayı Xankəndidə artıb, Laçında azalıb

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Bu ilin 1 iyul tarixinə olan məlumata görə Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda muzdlu (əmək müqaviləsiylə) işçilərin sayı 906 min 662 nəfər olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.
Özəl sektorda ən çox muzdlu işçi ənənəvi olaraq Bakı şəhərində çalışır – 584 mindən çox. Ən az işçi sayı isə Qubadlı rayonunda qeydə alınıb – cəmi 223 nəfər.
İşçi sayında ən böyük artım Xankəndi şəhərində müşahidə olunub. Burada muzdlu işçilərin sayı 12 nəfərdən 547 nəfərə qalxaraq təxminən 45 dəfə artıb. İkinci yerdə Xocalı rayonu gəlir – 8 nəfərdən 184 nəfərə yüksəlişlə 23 dəfə artım baş verib.
Cəbrayıl rayonunda isə işçilərin sayı 249 nəfərdən 548 nəfərə qalxaraq 2,2 dəfə artıb. Əhəmiyyətli artım həmçinin Ağdərə (87,5%), Xocavənd (47,5%) və Ağdamda (27,3%) qeydə alınıb.
Ən çox azalma isə Laçın rayonunda olub. Burada muzdlu işçilərin sayı 1690 nəfərdən 983 nəfərə düşərək 41,8% azalıb. Həmçinin Zəngilan (21,6%) və Qubadlı (19,2%) rayonlarında da azalma qeydə alınıb.
Naxçıvan Muxtar Respublikasında ümumi işçi sayı sabit qalıb – 23 min 260 nəfər. Ən böyük artım Şahbuz rayonunda (8,7%) olub. Bakı rayonları arasında isə ən çox artım Nərimanov (7,3%) və Xətai (6,8%), ən çox azalma isə Pirallahı (8,4%) rayonlarında müşahidə edilib.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 20 Avqust 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri