Özgəsinin evini banka girov qoyan dələduzlar saxlanılıb FOTO
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.
Onlar zərər çəkmişə onu işə düzəldəcəkləri vədini verərək Bakı şəhərində yerləşən evini girov qoyub əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək həmin şəxsə 102 min manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi... Foto
02 İyun 2025 17:53
Tehran öz gözündə tiri görməyib, özgəsinin gözündə tük axtarır
08 Avqust 2025 12:19
Bakıda dələduzlar saxlanılıb
13 Sentyabr 2025 17:30
Vətəndaşlara kirayə yaxta vəd edən dələduzlar saxlanılıb FOTO
17 Dekabr 2024 12:57
Türkiyə və İran: Köhnə rəqabətdə Azərbaycan faktoru Hakan Fidan: “Özgəsinin pəncərəsinə daşa atanın pəncərəsi sınacaq” (TƏHLİL)
25 Mart 2025 00:50
Baxış sayı:48
Bu xəbər 06 Dekabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















