Icma.az
close
up
RU
Özgür Özel barədə başladılan istintaqa CHP dən REAKSİYA

Özgür Özel barədə başladılan istintaqa CHP dən REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində cinayət işi başlanıb.

Baş Prokurorluq Özgür Özəlin partiyanın 5 iyul tarixində keçirilən Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasından sonra mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı araşdırmaya başlayıb.

Rəsmi açıqlamada qeyd edilir ki, Özgür Özəl barəsində “Türkiyə Prezidentinə təhqir”, “dövlət qulluqçularına vəzifələrini yerinə yetirdiklərinə görə təhqir və hədə” maddələri üzrə istintaq başladılıb.

Hazırda Baş Prokurorluğun araşdırmaları davam edir.

Modern.az-a açıqlamasında CHP-nin xarici siyasət koordinatoru İlhan Üzgel bildirib ki, oktyabr ayından bəri hökumət hüquqi yollarla CHP-yə təzyiq göstərməyə çalışır:

"Hazırda 15 bələdiyyə başçımız həbsdədir. Onların arasında İstanbul Böyükşəhər Bələdiyyə başçısı və partiyamızın prezidentliyə namizədi Ekrem İmamoğlu da var.

Digər tərəfdən, 2023-cü ilin noyabrında keçirilmiş və partiya sədrimiz Özgür Özəlin sədr seçildiyi Qurultayın ləğvi ilə bağlı məhkəmə prosesi gedir. Bu məhkəmə də 8 sentyabrda keçiriləcək.

Bu səbəbdən, hökumət bir çox cəbhədən partiyamıza geri çəkilmə çağırışı edir, aktiv müxalifət fəaliyyətini dayandırmağa, həftədə iki dəfə keçirilən mitinqlərə son qoymağa çalışır.

Cəmiyyətə səslənən, enerjili və güclü bir müxalifət anlayışını hüquqi yollarla boğmaq, müxalifətin səsini kəsmək istəyirlər. Bunu hər kəs görür".

İlhan Üzgel vurğulayıb ki, Özgür Özel həm də millət vəkilidir və onun toxunulmazlığı var:

"Sədrimizin mühakimə olunması üçün parlamentdə səsvermə yolu ilə bu toxunulmazlıq ləğv edilməlidir.

Hazırda belə bir prosesin olmayacağını düşünürəm. Amma təəssüf ki, Türkiyə siyasəti elə bir nöqtəyə gəlib çatıb ki, artıq “hər şey mümkündür” deyə bilirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri