Özgür Özəl seçki tarixindən danışdı: “91 deputatımı kənara çəkdim”
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni Parti sədri Özgür Özəl 2028-ci il prezident seçkilərinin vaxtı ilə bağlı müzakirələrə münasibət bildirib.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Özəl seçkilərin vaxtından əvvəl keçirilməsi üçün parlamentdə 360 deputatın səsinin tələb olunduğunu xatırladaraq, bu məsələdə razılıqlarının olmadığını deyib.
“Yeni Parti olaraq bildirirəm ki, biz qətiyyən belə bir işin içində deyilik. 91 deputatımı götürüb kənara çəkdim”, – deyə o vurğulayıb.
Özəl Türkiyədə hakimiyyəti dəyişmək üçün seçkilərdə qalib gəlməyi hədəflədiklərini bildirib. O, CHP-dən ayrılaraq hakim AK Partiyaya qoşulan bələdiyyə sədrlərini də tənqid edib və bu addımı “siyasi cibgirlik” adlandırıb.
Siyasətçi İstanbulda baş verən su basqınlarına və “Kanal İstanbul” layihəsinə də toxunaraq, hadisələrə görə hakimiyyəti məsuliyyət daşımaqda ittiham edib.
Bundan başqa, Özəl maliyyə fondları ilə bağlı araşdırmalarda parlament nəzarətinin məhdudlaşdırıldığını iddia edib və məsul şəxslərin deputatların suallarına cavab verməli olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Oktyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















