Icma.az
close
up
RU
Özgür Özəl: Türkiyədəki suriyalıların geri dönüşü üçün dərhal proqram hazırlanmalıdır

Özgür Özəl: Türkiyədəki suriyalıların geri dönüşü üçün dərhal proqram hazırlanmalıdır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl sosial media hesabında Suriyadakı proseslərlə bağlı paylaşım edib.


Sherg.az xəbər verir ki, Özəl, Suriyadakı bütün suriyalıları təmsil edən bir keçid hökumətinin qurulmasına çağırıb və Türkiyədəki suriyalılar üçün hərtərəfli proqramın hazırlanmasının vacibliyini qeyd edib.


Özəl paylaşımında bunları deyib:

"İllərdir Suriyanı avtoritarizmlə idarə edən Əsəd rejimi bu gündən sona çatıb. Hazırda Suriyada bütün suriyalıları təmsil edən keçid hökumətinin qurulması vacibdir. Cümhuriyyət Xalq Partiyası ərazi bütövlüyünün tərəfdarıdır.  Suriyada demokratiya, sülh və sabitlik mühiti vacibdir.

Suriya ilə bağlı prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyi və sülhüdür. İllərdir müxtəlif statuslarla Türkiyədə olan suriyalıların evlərinə qayıtmasını təmin edəcək hərtərəfli proqram dərhal ortaya qoyulmalıdır.

“Biz Suriyanın bütün dostlarını İraq və Liviyada səhvlərin təkrarlanmaması üçün  keçid hökumətinin, daha sonra isə insan haqları və qanunun aliliyinə əsaslanan demokratik rejimin qurulmasını dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib.

Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük əldə ediblər.

Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib.

Baas Partiyasının 61 illik hakimiyyəti sona çatıb və rejim lideri Əsəd paytaxtdan qaçıb.

Suriya Milli Ordusu da Türkiyə sərhədi yaxınlığında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel Rıfatı azad etdikdən sonra Mənbicdə məskunlaşan terrorçulara tərəf dönüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Dekabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri