Icma.az
close
up
RU
Özgür Özəldən Kılıçdaroğlu ilə bağlı ŞOK AÇIQLAMA

Özgür Özəldən Kılıçdaroğlu ilə bağlı ŞOK AÇIQLAMA

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Özgür Özəl bildirib ki, Əkrəm İmamoğlu həbsdə olduğu dövrdə partiya daxilində və rəhbərlik səviyyəsində diqqətçəkən siyasi danışıqlar olub.

“Cebheinfo.az” “Haberler.com”-a istinadən xəbər verir ki, sabiq sədrin sözlərinə görə, Kamal Kılıçdaroğlu İmamoğlunu həbsxanada ziyarət edib və həmin görüşlər zamanı İmamoğluna partiya sədri olması ilə bağlı təklif irəli sürülüb.

Özəl iddia edir ki, bu prosesdə “Özgür Özəlin kənarlaşdırılması və Kılıçdaroğlu ilə İmamoğlu arasında ittifaq qurulması” kimi fikirlər səsləndirilib.

Özəl əlavə edib ki, İmamoğlunun həbs olunduğu dövrdə onun barəsində müxtəlif ittihamlar irəli sürülsə də, sonradan bu iddiaların bir hissəsinin əsaslı olmadığı ortaya çıxıb.

O, həmin dövrdə yayılan məlumatların siyasi məqsəd daşıdığını iddia edib.

CHP lideri partiya daxilindəki idarəetmə və qərarvermə proseslərinə də toxunaraq bildirib ki, təşkilatın əsas gücü üzvlər və yerli strukturlardır.

Onun fikrincə, partiyanın dayanıqlılığı məhz bu strukturdan gəlir. Özəl həmçinin haqqında yayılan bəzi iddiaları rədd edib və bunları “siyasi təzyiq və qaralama kampaniyası” kimi qiymətləndirib. O, bu cür iddialara qarşı sərt mövqe nümayiş etdirdiyini də bildirib.

Ümumilikdə Özəl partiya daxilində baş verənləri CHP-nin gələcək siyasi xətti və daxili balansı baxımından mühüm proses kimi dəyərləndirib və təşkilatın zəiflədilməsinə imkan verməyəcəklərini vurğulayıb.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri