Özgür Özellə bağlı iddia: 747 minlik təzminatı CHP yə ödətdirib
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə mediasında CHP sədri Özgür Özellə bağlı diqqətçəkən iddia irəli sürülüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, materialda Özellin yeni partiya yaratmağa hazırlaşdığı və CHP-dən ayrılmadan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğana qarşı uduzduğu məhkəmə işləri üzrə təzminatları partiyanın hesabından ödətdiyi iddia olunub.
Bildirilir ki, Özgür Özel əvvəlki illərdə məhkəmələrin çıxardığı təzminat qərarlarından apellyasiya və kassasiya şikayətləri verib, ödənişləri isə qərarlar qüvvəyə mindikdən, bəzi hallarda icra prosesinə başlanıldıqdan sonra həyata keçirib.
Lakin iddiaya əsasən, onun yeni partiya yaratmaq qərarından sonra ödəniş qaydası dəyişib. Ankara məhkəmələrinin Ərdoğanın xeyrinə çıxardığı üç təzminat qərarı əsaslandırılmış qərarlar Özellə təqdim edilməmiş və yuxarı instansiyalara müraciət olunmamış ödənilib.
Söhbət 159 min 533, 159 min 270 və 428 min 178 lirəlik təzminatlardan gedir. Ümumi məbləğin 746 min 981 lirə olduğu bildirilir.
Məlumata görə, bütün ödənişlər 22 iyun 2026-cı ildə CHP-nin bankdakı rəsmi hesabından köçürülüb. Həmin tarixdə Türkiyə mətbuatında Özgür Özellin “Yürüyüş Partiyası” adlı yeni siyasi təşkilat yaradacağı barədə ilk xəbərlərin yayıldığı da vurğulanıb. İddialara hələlik rəsmi münasibət bildirilməyib.
Baxış sayı:176
Bu xəbər 24 İyul 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















