Özil TFF başqanlığı ilə bağlı iddialar haqda nə dedi?
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın keçmişin önəmli ulduzlarından olan, Almaniya yığması ilə DÇ-2014-ün qalibi olan Məsut Özil haqqında yayılan sürpriz iddiaya münasibət bildirib.
Belə ki, Türkiyə mətbuatında Məsutun Türkiyə Futbol Federasiyası başqanlığına namizəd olacağı ilə bağlı şayiələr yayılmışdı. Amma o, bu şayiələri təkzib edib. ''Real'' və ''Arsenal''ın sabiq ulduzu ''GZT'' nəşrinə bunları deyib:
''Son günlər mənim adımdan reklam xətrinə çox istifadə olunur. Bunların hamısı uydurmadı. Federasiya prezidenti olmaq niyyətim yoxdu. Mənim yeganə hədəfim Türkiyədə yaxşı bir akademiya quraraq gələcək nəsillərin yetişməsinə töhfə verməkdi. İnşallah ən qısa zamanda bu hədəfimə çatacağıma inanıram''.
Xatırladaq ki, ən son Türkiyədə ''Fənərbaxça'' və ''İstanbul BŞ''nin şərəfini qorumuş Özil 2023-ün martında karyerasını başa vurduğunu açıqlamışdı.
ƏLİ
Bu mövzuda digər xəbərlər:Məsut Özil TFF prezidenti olacaq? AÇIQLAMA
27 Noyabr 2024 18:45
Məsut Özil Sanenin Qalatasaray a gəlməsi haqda nə dedi?
20 İyun 2025 05:45
TFF prezidenti qarşıdakı oyunlarla bağlı nə dedi?
10 İyun 2025 01:57
TFF rəsmisi Montella və Roma xəbərləri ilə bağlı nə dedi?
14 Noyabr 2024 22:57
Alonso Arda Gülər və Kənan Yıldız haqda nələr dedi? Özil ilə Qutinin qarışığıdı
23 Oktyabr 2025 12:30
Baxış sayı:86
Bu xəbər 03 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















