Icma.az
close
up
RU
Ozon Azərbaycan marketpleysi Çin və Türkiyədən məhsulların satışına başlayıb

Ozon Azərbaycan marketpleysi Çin və Türkiyədən məhsulların satışına başlayıb

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

20 fevral 2025-ci il – Ozon Azərbaycan marketpleysi Çin və Türkiyədən malların sifarişini respublika vətəndaşları üçün əlçatan edir. Marketplace-də artıq geyim və ayaqqabıdan tutmuş məişət texnikası və ev əşyalarına qədər xarici satıcılardan birbaşa sifariş oluna bilən 8 milyondan çox məhsul mövcuddur. Sifarişlərin çatdırılması pulsuz olacaq və Türkiyədən 2 həftəyə qədər, Çindən isə təxminən 1 ay müddətində həyata keçiriləcək.

Vətəndaşlar Çindən sifariş etdikləri malları ölkə üzrə Azərpoçt şöbələrindən, Türkiyədən olan sifarişlərini isə ASE (UNI) paylama məntəqələrindən əldə edə biləcəklər. Ozon veb-saytında və ya tətbiqində sifariş zamanı ən yaxın məntəqəni seçmək mümkündür. Türkiyədən çatdırılma 7-12 gün, Çindən isə 3-4 həftə davam edəcək.

Ölkə sakinləri artıq Çin və Türkiyədən geyim, ayaqqabı, aksesuar, kosmetika, eləcə də təmir və avtomobil üçün məhsullar və mebel daxil olmaqla, müxtəlif kateqoriyalarda 8 milyondan çox məhsul əldə edə bilərlər. Gələcəkdə xaricdən gətirilən məhsulların çeşidi daha da genişlənəcək.

“Hazırda Azərbaycanda Ozon platformasının aktiv istifadəçilərin sayı artmaqdadır. Çin və Türkiyədən malların satışını başlamaqla biz müştərilərimizə daha tələbatlı məhsulları ən yaxşı qiymətlərlə təklif edə biləcəyik. Bizim təcrübəmizə əsasən, bu ölkələrin satıcılarının qiymətləri optimaldır və alıcılar üçün daha cəlbedicidir. Əminik ki, Azərbaycan vitrinində olan çeşidlərin genişlənməsi müştərilərimizin artan tələbatlarını ödəməklə yanaşı, həm də onların müştəri təcrübəsini daha da yaxşılaşdıracaq” deyə, Ozon şirkətinin MDB və Yaxın Şərq üzrə əməliyyatlar və inkişaf direktoru Aleksey Sapon bildirib.

2020-ci ildən etibarən Ozon beynəlxalq ticarət istiqamətini genişləndirir. Şirkət hazırda Çin və Türkiyədən 130 minə yaxın satıcı ilə əməkdaşlıq edir və bu satıcılar Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstandan olan müştərilərinə məhsullar təqdim edirlər. Azərbaycan bazarına Ozon 2024-cü ilin yayında daxil olub. Malların ölkəyə çatdırılma müddəti təxminən iki həftədir. Marketpleysin istifadəçiləri sifarişlərini ASE (UNI) və GBS Export tərəfdaşlarının təhvil məntəqələrində və ya Unitrade şirkətinin kuryer xidməti vasitəsilə əldə edə bilərlər.

Gələcəkdə Ozon ölkədə özünün logistika infrastrukturunu inkişaf etdirməyi planlayır. Bura anbar komplekslərinin yaradılması, çatdırılma xidmətinin qurulması və françayz əsasında brendləşdirilmiş sifarişlərin qəbulu və təhvil verilməsi məntəqələrinin şəbəkəsinin formalaşdırılması daxildir.

Ozon geniş çeşiddə malların satışını həyata keçirən və mükəmməl logistika şəbəkəsinə sahib olan marketpleysdir. Şirkət Azərbaycan, Qazaxıstan, Ermənistan, Belarus, Rusiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, eləcə də Çin və Türkiyədə fəaliyyət göstərir. Platformada kitablar, geyimlər, qida, sağlamlıq və digər məhsullar daxil olmaqla 20-dən çox kateqoriyada 370 milyon məhsul mövcuddur. Hazırda 53,5 milyon aktiv alıcı Ozon-un inkişaf etmiş logistika şəbəkəsi vasitəsilə sifarişlərini alır, eyni zamanda 550 mindən çox sahibkar öz məhsullarını Rusiya və MDB ölkələrində satışa çıxarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri