Icma.az
close
up
RU
“Özümə sual verirəm ki, nəyi düz etmədik?”

“Özümə sual verirəm ki, nəyi düz etmədik?”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Lİqasının XI turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Sumqayıt”ı qələbə münasibətilə təbrik edirəm. Belə oyundan sonra nəsə demək çətindir. Nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. İstər-istəməz məşqçi günahkardır. Real qol şanslarından istifadə edə bilmirik. Rəqibə elə penalti qazandırdıq ki… Başa düşə bilmirəm ki, elə epizodda necə əllə oynamaq olar. Həmişə özümə sual verirəm ki, nəyi düz etmədik? Səhvlərin qarşısını necə alacağımızı fikirləşmək lazımdır. Hər oyunda 1-2 kobud səhv edirik. Bunun nəticəsində məğlub oluruq. Kiməsə zəif görünmək istəmirəm. İşimin başında qalıram. Söz vermişəm. Sona qədər sözümün üstündə durmalıyam.

– Əvvəlki mətbuat konfranslarının birində demişdiz ki, bəzi futbolçuların səviyyəsi Premyer Liqaya uyğun deyil. Bu sözdən sonra onları oyunlara necə motivasiya edirsiz?
– Mən bu sözü ehtiyat oyunçular skamyasında oturan futbolçular haqda demişdim. Bir çoxlarında Premyer Liqa təcrübəsi çatmır. Təcrübəni deyirəm, səviyyəni yox. Heyətə baxsaz, görərsiz ki, bir çox futbolçunun Premyer Liqa təcrübəsi yoxdur. Onlar təcrübəli oyunçularla mübarizədə çətinlik çəkirlər. Bu da normaldır. Mən özüm 18 yaşımda əsas heyətdə oynamışam. Futbolçu üçün bundan böyük motivasiya ola bilməz. Məşqçi 18-19 yaşlı oyunçuya şans veribsə, meydanda can qoymalıdır, özünü öldürməlidir. Məşqçi futbolçuya başqa necə motivasiya verə bilər?

– Asif Məmmədovun xidmətindən yararlanmağı düşünürsünüz?
– Asif bizim klubun əfsanəsidir. Bizə kömək edir. Yerli futbolçularla söhbətlərdə məşqçilər korpusuna köməklik göstərir. Fiziki durumu oynamağa imkan vermir. Asif çox yaxşı insandır.

– Komanda son oyunlarda qol vura bilmir. Bunun səbəbi nədir?
– Əlbəttə bu, məni narahat edir. Nə qədər qol vəziyyəti yaradırıq, buna baxmaq lazımdır. Oyundan əvvəl Saşa İliçlə söhbət etdik. O da bizim komanda haqda müsbət sözlər dedi. Hər oyun 4-5 yüz faizli qol vəziyyətlərindən istifadə edə bilmirik. Bu da təcrübəsizlik və soyuqqanlı olmamaqdan irəli gəlir. Təcrübə qazandıqca soyuqqanlı olursan. Prins Ovusu 5 metrdən ötürmə verə bilmədi. Domi Massumu demək olar ki, boş qapıya düşə bilmədi. Penaltiyə qədər “Sumqayıt”ın qol epizodu yox idi.

– “Karvan-Yevlax” və “Kəpəz” qalib gəlsə, sonuncu yerə düşəcəksiz. Mövsüm başlayanda belə ssenarinin olacağını düşünürdünüz?
– Əlbəttə ki, belə olacağını düşünməzdim. Bizim məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun üçün mübarizə aparırıq. Nəyisə atıb getmək asandır. Söz vermisənsə, axıra qədər üstündə durmalısan. Bir daha azarkeşlərdən üzr istəyirəm. Qışa qədər mübarizə aparmalıyıq. Qışda isə heyəti gücləndirməliyik. Güclü olmaq lazımdır.

– Hər dəfə deyirsiz ki, heyətimiz gəncdir, futbolçuların təcrübəsi yoxdur. Bunu yayda düşünməmişdiz?
– Sizinlə razıyam. Amma əvvəlki mətbuat konfranslarında bu məsələyə toxunmuşam. Bəli, heyətlə bağlı səhvlər olub. Qışa qədər bu söhbəti bağlayaq. İndi bu haqda danışmağın mənası yoxdur.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri