Icma.az
close
up
RU
“Özümə tay olmayanlarla efirə çıxmaq istəmirəm”: Bu müğənnilərə sərt ittihamlar

“Özümə tay olmayanlarla efirə çıxmaq istəmirəm”: Bu müğənnilərə sərt ittihamlar

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Simarə İmanova 1975-ci ildə İmişli rayonunun Əliqullar kəndində anadan olub. O, 1994-cü ildə A.Zeynallı adına musiqi texnikumuna, Xalq artisti Ağaxan Abdullayevin sinfinə daxil olub. Xanəndə 1997-ci ildə Əməkdar artist, 1998-ci ilin martın 8-də “İlin qadını”, 2012-ci ildə isə Xalq artisti adına layiq görülüb. Prezident mükafatçısıdır.

S.İmanova son zamanlar efirlərdə az-az görünür. O, “Yeni Sabah”a müsahibəsində bunun səbəblərindən danışıb. Xalq artisti ilə müsahibəni təqdim edirik:

- Simarə xanım, efirlərdə demək olar ki, görünmürsünüz. Bunun xüsusi bir səbəbi varmı?

- Əsas səbəb odur ki, gərək insan qatıldığı proqramda özünü görsün. Təbii ki, mən efirsə çıxıramsa, orada məndən başqa kimlərin olduğunu da bilməliyəm. Bu önəmli faktordur. Özünə uyğun olmayan insanlarla birlikdə efirlərdə görünməyin heç bir mənası yoxdur. Ümumiyyətlə, mənimçün efirdə çox görünmək önəmli deyil. Əsas olan insanların zövqünü oxşamaq və onları bezdirməməkdir.

- Səhnəyə kiminlə birlikdə çıxmağınız nə dərəcədə önəmlidir?

- Düşünürəm ki, bütün günü efirlərdə görünüb insanları yormaq yaxşı bir şey deyil. Özəl kanallarımızın əksəriyyətində elə verilişlər var ki, orada görünməmək daha məqsədəuyğundur. Bir Xalq artisti kimi özəl kanallarımızda da sanbalı və milli musiqimizə dəyər verilən verilişlərin olmasını istəyərdim. Elə olarsa böyük məmnuniyyətlə televiziyalarda görünərəm.

- Hazırda nə işlə məşğul olursunuz?

- Pedoqoji fəaliyyətlə məşğulam. Dərs vaxtlarım efirlə üst-üstə düşdüyü üçün tələbələrimi daha üstün tuturam. Çalışıram ki, başladığım işləri sona qədər davam etdirim.

- Azərbaycan sənət aləmində 19 yaşında Əməkdar artist adını alan ilk sənətçilərdənsiziniz…

- Bəli, mən gənc yaşlarımda Əməkdar artist adını almışam. Bunu da hər zaman qeyd edirəm ki, mənim sənətdə ilk xeyir-duamı ulu öndər Heydər Əliyev verib. O zaman heç mənim evim də yox idi. Həmin dövrlərdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müəyyən tədbirlərdə iştirak edirdim. 1997-ci ilə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq Təranələri Festivalı”na qatıldım. Orada 46 ölkənin musiqiçiləri vardı. İlk Qran-Pri mükafatçısı da mən oldum. Bu Azərbaycan musiqisinə verilən xüsusi dəyərlərdən biri idi. Oradan qayıdandan sonra Heydər Əliyev tərəfindən fəxri ada layiq görüldüm.

- Simarə xanım, İmişli rayonunun Əliqullar kəndində doğulmusunuz. O kənd mühiti, uşaqlıq illərinizin təsiri, musiqi ilə erkən tanışlığınıza nə kimi təsirlər etdi?

- Həmişə tələbələrimə də deyirəm ki, milli musiqimizi öyrənmək istəyirsinizsə, demək sizin ailəniz də musiqi və mədəniyyətimizə önəm verir. Çünki uşaq evin güzgüsüdür. Atamın ən böyük arzusu mənim həkim olmağım idi. Mən isə hər zaman milli muğamımızın davamçısı olmaq istəyirdim. Bu düşüncələr həyatımda dönüş yaratdı. Musiqiçi olmağımı istəməyən ailəm belə, mənim pərəstişkarıma çevrildi. Ən çox da atam. Sevinirəm ki, hələ də bu layiqli sənətin nümayəndəsiyəm və hər zaman xalqımıza xidmət etmişəm. Canım sağ olduğu müddətçə də xidmət edəcəm.

- Muğam, xalq mahnıları, təsniflər - bir sözlə, repertuarınız genişdir. Hansı janr sizi daha çox təsvir edir?

- Mən düşünürəm ki, pis musiqi anlayışı yoxdur. Pis ifaçı ola bilər, musiqi yox. Bütün janrları sevirəm. Muğam ifaçısı olsam da, bütün gözəl mahnılar zövqümü oxşayır.

- Milli opera səhnəsində “Leyli” obrazını canlandıran ən gənc ifaçı siz olmusunuz. Bu, sizin üçün nələr ifadə edirdi? İndi də həmin rolu oynamaq istərdinizmi? Səhv etmirəmsə həmin rolu cəmi 2 dəfə səsləndirmisiniz. Sonralar təkliflər oldu qəbul etmədiniz, yoxsa belə təkliflər bir daha gəlmədi?

- “Leyli və Məcnun” operasında iki dəfə iştirak etmişəm. Sonralar isə ailədaxili səbəblərə görə iştirak edə bilmədim. Ailəyə və uşaqlara da qayğı göstərmək mütləqdir. Ona görə də bir müddət səhnədən uzaqlaşdım. Hər iki dəfə də Heydər Əliyevin istəyi ilə səhnənin Leylisi olmuşam. Hər zaman da deyirəm ki, mənim bugünki Simarə İmanova olmağımın əsl səbəkarı Ulu öndərdir. Onunla yanaşı muğam müəllimlərimə də çox şey borcluyam. Xüsusilə də, ustadım Ağaxan Abdullayev və uşaq vaxtı yanında fəaliyyət göstərdiyim Nahid Əliyevə. Allah Ağaxan müəllimə rəhmət eləsin. Professional səhnədə isə böyük diqqət və ata qayğısını tarzən Zamiq Əliyevdən görmüşəm.

- Bir müddət öncə yaşlı sənətkarlarımızı Leyli və Məcnun obrazlarını canlandırması tənqid edildi. Siz bu haqda nə düşünürsünüz? Sizcə, Leyli olmağın yaşla əlaqəsi varmı?

- Düşünürəm ki, Leyli rolu gənclərə daha çox yaraşır. Düzdür, biz də gəncik, hələ qocalmamışıq (gülür). Mən də özümü 19-20 yaşımda hiss edirəm. Əsas odur insanın ürəyi gənc olsun. Lakin istər-istəməz yaş insanın görünüşündə və cizgilərində özünü göstərir. Məhz Fizuli də Leylini daha gənc təsvir edib deyə, buna diqqət etmək lazımdır. Belə olan halda tamaşaçının da gözündə Leyli daha gözəl görünür. Muğam aləmi elə bir dəryadır ki, burda hər şey insana ilahi hiss bəxş edir. Bu cür səhnələrdə insan öz varlığını göstərir. Amma görünüş də əsas faktorlardan biridir. Həm Leyli, həm də Məcnunun gənc olması daha məqsədəuyğundur.

- Hazırda hansısa teatrda filan çalışırsınızmı?

- Hazırda teatrlardan hansısa təklif almamışam, amma alsam, böyük məmnuniyyətlə qəbul edərəm. Hələ ki, qocalmamışıq. Hazırda Mədəniyyət və İncəsənət Universiteninin dosentiyəm, tələbələr yetişdirirəm.

- Toylara necə, gedirsinizmi? Yoxsa siz də xanəndələrin toya getməməsi fikri ilə razılaşanlardansınız?

- Ələbəttə, toylara gedirəm. Xalqımız məni övladının xoş günündə görmək istəyirsə, niyə də olmasın? Sənət adamlarının başqa biznesi yoxdur, amma arzulayaram ki, olsun. Hazırda isə səsim mənim biznesimdir. Ona görə də böyük məmnuniyyətlə toylara gedirəm. Toya getmək ayıp deyil, amma baxır orada necə iştirak edirsən. Xalqın gözü tərəzidir. İnsan gərək özünə diqqət etsin. Geyimindən tutmuş, rəftarına qədər. Sosial şəbəkələrdə görürük ki, xanımların əksəriyyətinin həm geyimləri, həm də davranışları bizim mentalitetimizə uyğun deyil. Bütün bunların əlehinəyəm. Hamı öz çörəyini qazanır, lakin mənim fikrimcə bu cür hərəkətlər xanım adına yaraşmır. Bunlar olmasa, daha yaxşı olar. İnsanların zövqünü korlamaq lazım deyil. Düzdür, əksəriyyətinin zövqü korlanıb. Bu da bilmirəm nədən irəli gəlir. Qısası, ucuz şeyləri arxasınca getmək lazım deyil. Hansısa şadlıq saraylarında sanballı ifalar səslənəndə hər kəs sevinir. Belə ifalarla da məclisi şənləndirmək olur. Şərt deyil ki, bayağılıq edəsən.

- Muğam sənətinin gənc nəsilə ötürülməsi barədə nə düşünürsünüz? Bu ənənənin davamı üçün nələr etmək lazımdır?

- Muğam sənəti hazırda dövlət tərəfindən xüsusi qayğı görür. Bizim dövrümüzdə tanınmaq çox çətin idi. İndi isə muğam müsabiqələrinin keçirilməsi gənclər üçün qapı açır. Lakin gənclərimiz nədənsə muğamdan uzaqlaşırlar. Bunun da cavabını tapa bilmirəm. Təbliğatdan çox şey asılıdır. Özəl kanallarımızda da muğamın təbliğatı aparılsa, daha yaxşı olar.

- Sosial media və yeni trendlər muğamın istiqamətini dəyişir (Alim Qasımovun replə birgə muğam oxuması kimi). Sizcə muğam bu dövrdə “müasirlər”lə necə dostlaşmalıdır?

- Alim Qasımov böyük sənətkardır. Çoxları onun kimi olmaq istəsələr də, bacarmırlar. Ona görə ki, onun səhnəmizdəki yeri əvəzsizdir. Hər bir sənət adamının da özünün səhnədə izi olmalıdır.

- Simarə xanım, hazırda əsas müzakirə olunan məsələlərədn biri də böyük sənətkarların “oğluma müğənni qız almaram” fikirləridir. Bunlara münasibətiniz necədir? Sizcə, insanları sənətinə görə kateqoriyalara bölmək doğru yanaşmadı?

- Yox, bu doğru düşüncə deyil, kökündən yalnışdır. Fikirlər müxtəlifdir. Heç kəs həyatda heç nədən sığortalanmayıb. Xüsusilə də ailədə nələrin baş verəcəyindən hamı xəbərsizdir. Nə bilirsiniz ki, sizin oğlunuz, qızınız, nəvələriniz müğənni ilə ailə qurmayacaq. Müğənni qızla ailə qurmaq ayıb deyil. İnsanda əsas olan ədəb və ərkandır. Səhnədə olan gənclərimizin də çoxu tərbiyəli və ağıllıdırlar. Hərənin bir qisməti var. Heç kəs ondan qaça bilməz.

- Hazırki muğam və estrada sənətində sizi qane etməyən əsas nüanslar nələrdir? Sənət aləmini hansı formada görmək istəyərdiniz?

- Qane etməyən çox şey var. Hamısını demək olmur. Muğam sənətini hər zaman əlçatmaz görmək istəyirəm. Düşünürəm ki, muğam sənətinə və ifaçılarına layiq olduqları dəyər verilsin. Toylarda da ifa olsunsun. Musiqimizin kökü muğamdır. Bir gənc səhnəyə gəlib, muğamı bilmirsə, bu düzgün bir şey deyil. Gənclərin hər biri bu sənətin dərinliklərini öyrənsin ki, gələcək nəsillərə də ötürə bilsinlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri