Icma.az
close
up
RU
...“Özümü çox çirkin hiss edirəm”...

...“Özümü çox çirkin hiss edirəm”...

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox qadın hər ay buna oxşar düşüncələrlə ürək sıxıntısı yaşayır.

Həddindən artıq həssaslıq və ağlama krizləri ilə keçən menstruasiya dövrü bəzən depressiyaya da səbəb ola bilir.

Memorial Xidmət Xəstəxanası Psixologiya bölməsindən dr. Sevda S.Yurteseven menstruasiya dövrünü psixoloji olaraq sağlam keçirməyin yolları haqqında danışıb:

“Əsasən menstruasiya dövrünün əvvəlində ortaya çıxan emosional, fiziki və davranış dəyişikliklərinə menstruasiya əvvəli disforik pozğunluq deyilir. Bu dövrdə qarında ağrı, yuxusuzluq və həddindən artıq yuxululuq, iştah artımı, baş gicəllənməsi, titrətmə, tərləmə, ürək döyüntüsü, mədə-bağırsaq pozğunluqları, əzələ ağrıları, cinsi istəksizlik, şişkinlik, migren sancıları, döşlərdə həssaslıq, halsızlıq kimi bir çox fiziki dəyişikliklər müşahidə olunur.

Menstrual dövrü xəstəlik olaraq görməyin

Ağrılı menstruasiya əsasən gənc qızlarda tez-tez müşahidə olunur. Xüsusilə cinsi orientasiyanın tam inkişaf etməməsi, cinsəllikdən qorxmaq, bədən bütünlüyünə qarşı təhlükə olması hissinə gənc qızlarda rastlana bilir. Cinsi yöndən təzyiq altında olan cəmiyyətlərdə menstruasiyanın “pis”, “xəstəlik” kimi adlandırılması da gənc qızlarda çaşqınlıq yaradır.

Həssas olduğunuzu yaxın ətrafınızla paylaşın

Qadınların 90 faizində menstruasiyadan əvvəl və sonra əsəbilik, narahatlıq hissləri olduqca yüksək olur. Normal zamanlarda daha sakit reaksiya verə biləcəkləri hallar menstrual dövrdə bəzən qıcıqlandırıcı ola bilir. Bu dövrü ağır keçirənlər bu barədə yaxın ətrafına məlumat verə bilər. Bunun bir sindrom olduğu və özünə qarşı daha anlayışlı davranmaları ilə bağlı ətrafını xəbərdar edə ilə bilər. Xüsusilə iqtisadi və sosial mənada sərbəst olan qadınların bu dövrdə daha çox psixoloji problemlər yaşadığı və bunun da fiziki problemlərə gətirib çıxardığı müşahidə edilir. Var olan psixoloji problemlər bu dövrdə şiddətlənə bilir. Hətta depressiyada olan bir insan bu dövrdə depressiv hisslərin artması ilə intihara da cəhd edə bilər.

Makiyaj edin və saç ustasına gedin

Menstrual dövrdə bir çox qadın özünü çirkin hiss edir. Saçların şəkilə düşməməsi, üzdəki civzələr, şişkinlik və kilo artımı ilə yanaşı menstrual sancılar da həyatı çəkilməz hala gətirir. Ancaq bu dövrdə güzgülərdən küsmək yerinə yüngül makiyaj etmək, saç ustasına getmək və ya özünüzə zaman ayırmaq yaxşı təsir göstərəcək.

Açıq havada gəzin

Stress yaradacaq mühitdən uzaq durmaq, müxtəlif məşqlər və rahatlama hərəkətləri etmək bu dövrdə yardımçı ola bilər. Rahat geyimlər və musiqi dinləyərək açıq havada gəzmək də bu qəbildəndir.  Nəfəs məqşləri və meditasiya da tövsiyə edilir.

Dostlarınızla vaxt keçirin. Bu dövrdəki mənfi psixologiya qadınların özlərini yalnız hiss etmələrinə səbəb ola bilir. Buna görə də dostlarla görüşlər, birlikdə kinoya getmək və ya bəyəndiyiniz məşğuliyyətlər psixologiyanıza müsbət təsir göstərəcəkdir.

Terapiya variantları:

Fiziki müqavimətimiz azaldıqda necə xəstəliklərə daha meyilli hala gəliriksə, emosional müqavimətimizin azaldığı dövrlərdə də (məsələn, menstrusiya dövrü) narahatlıq hissləri artır və bəzi psixoloji sıxıntılar ortaya çıxır. Menstruasiya dövrünü problemli yaşayan qadınların terapiyaya müraciət etməsi onlara bu dövrü daha keçirməyə, həll edilməmiş problemlərinə nəzər yetirmələrinə, stresslə mübarizə üsullarını öyrənə bilmələrinə yardımçı olar.

Antidepressantdan istifadə

Aparılan bir araşdırmada menstrual dövrdən əvvəl mənfi psixoloji əlamətlərin daha çox ortaya çıxdığı və bunların şiddətinin menstruasiyadan sonrakı zamana nisbətən daha yüksək olduğu müəyyən olunub. Bu dövrdən əvvəl istifadə edilməyə başlanan antidepressantlar bu müddətdə müsbət təsir göstərə bilir.

Emosional və davranış dəyişiklikləri:

- Gərginlik

- Narahatlıq

- Qəzəblilik

- Depressiv hisslər

- Ağlama

- Özünü bəyənməmə

- Səbirsizlik

- Küsəyənlik

- Özünəqapanma

- Diqqətsizlik

- Unutqanlıq

- Əsəbilik

- Dözümsüzlük

Bu əlamətlərdən bir çoxu qadının menstrual dövründə müşahidə edilə bilir. Bu pozğunluqlar insanın həyatına çox təsir etmirsə, müalicəyə ehtiyac olmur. Ancaq bir il boyu bu əlamətlərdən ən az 5 dənəsi eyni vaxtda özünü büruzə verirsə, insanın şəxsi və iş həyatına, iş qabiliyyətinə mənfi təsir edirsə, bu halda mütəxəssisə müraciət edərək yardım almaq məsləhət görülür.

Saglamolun.Az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri